“Azərbaycanda ilk kimlərin peyvənd olunacağı açıqlanacaq”

“Dünyada koronavirus vaksinləri ilə bağlı bütün prosesləri Azərbaycan dövləti yaxından izləyir”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, peyvəndin zərərsiz olduğunu deməyə ehtiyac yoxdur:

“Hər birimiz bundan əvvəl müxtəlif peyvəndlər qəbul etmişik. Artıq Böyük Britaniyada peyvəndləmə başlayıb, Türkiyə də qısa müddətdə başlayacaq. Türkiyədə ən təhlükəsiz olan Çin peyvəndindən istifadə olunur. Biz də məsələni araşdırırıq. Qısa müddətdə məlumat veriləcək ki, Azərbaycanda peyvəndləməyə nə vaxt başlana bilər və ilk kimlərin peyvənd olunacağı da açıqlanacaq”.

 

 

Müstəqil.Az

Share: