Xəzərin sahilində suitilər kütləvi surətdə ölür

Müstəqil.Az bildirir ki, bu barədə RİA “Novosti”yə istinadən xəbər verib.

Qeyd olunub ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb. Videolar sosial şəbəkələrdə yayılıb.

Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılacaq və məlumatlar aidiyyəti şöbələrə veriləcək.

Rusiyanın əməkdar xilasedicisi Ziyavdin Nikomaqomedov isə bildirib ki, Mahaçqalanın sahilləri çox çirklidir və dənizə axıdılan sular təmizlənmir.

Müstəqil.Az

Share: