Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı”

Azərbaycan Ordusunun Qarabağ zəfəri dünyada müxtəlif reaksiyalara səbəb oldu.

Sözsüz ki, bu hadisə təkcə ölkəmizdə yaşayanları deyil, bütün dünya azərbaycanlılarını sevindirdi.

Müstəqil.Az bildirir kiu, Cənubda yaşayan soydaşlarımızın əhvalı haqqında Modern.az-a danışan soydaşımız Çalğın Məhəmməd bildirib ki, bu zəfər cənubi azərbaycanlılar üçün də xüsusi önəm kəsb edir. O, soydaşlarmızın hadisəni bayram kimi qeyd etdikərini söyləyib:

“Qarabağ Zəfəri Azərbaycan Respublikasında yaşayan azərbaycanlıları nə qədər sevindirdisə bir o qədərdə cənubi azərbaycanlıları sevindirdi. Bu zəfərdən farslar çox narahat oldular, çünki onların gözü Turanın qurulmasını götürmür. Lakin bu zəfər cənubda yaşayan azərbaycanlıları çox xoşbəxt etdi və nəticələri bizlər üçün də uğurlu olacaq.  Bu faktı fars siyasətçiləri də yaxşı bilir. Qarabağ gələcəkdə Cənubi Azərbaycanı da çıxılmazlıqdan qurtara və Cənubi Azərbaycanlılara siyasi güc qazandıra bilər. Zəfər günü burda hər kəs şirniyyat paylayırdı, qurban kəsənlər də var idi .Belə yanaşma həm də bu tayda olan Azərbaycanlıların istəklərini və düşüncələrini göstərir”.

Müstəqil.Az

Share: