Sərhədi qorumağa ordumuz yoxdur – Köçəryandan şok

Qarabağdakı müharibədən sonra Ermənistanın qarşısında bir neçə böyük vəzifə durur ki, bunların həlli üçün Rusiya ilə daha çox inteqrasiya və əməkdaşlığın inkişafı tələb olunur.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu vəzifələrdən biri ordunun və hərbi texnikanın yenidən bərpasıdır:

“Ordu texnikada böyük itki verib. İnsanları rəqəmlərlə qorxutmaq istəmirəm. Bizim Sünikin (Zəngəzur mahalı) sərhədini qorumağa döyüş qabiliyyətli ordumuz da yoxdur. Dövlət sərhədini milis dəstələri qoruyur. Hardadır bizim hökumət?”

Müstəqil.Az 

Share: