“Azərbaycan hərbçiləri Xankəndində alış-veriş edir…“ 

Azərbaycan hərbçiləri Xankəndinə baş çəkir və orada supermarketlərdən alış-veriş edir. Virtualaz.org xəbər verir ki, bunu şahidlərə istinadən qondarma “dqr prezidentinin” keçmiş müşaviri Tiqran Abramyan özünün Facebook səhifəsində yazıb.

“Bəli, bu Rusiya sülhməramlılarının müşaiyəti ilə baş verir, amma indiki halda bu heç nəyi dəyişmir. Nikol Paşinyan, mən daha heç nə demirəm, amma səndə heç olmasa az da olsa vicdan var? Onlar hətta sənin imzaladığın sənəddən sonra da bizi ələ salmaqda davam edirlər, sifətlərində sanki heç nə olmamış kimi ifadə ilə bizim mağazalarımızdan alver edirlər”,-o bildirib.

Lakin Abramyan Azərbaycan hərbçilərinin Xankəndində supermarketlərə baş çəkməsinə, habelə oradan özlərinə lazım olanı alarkən hansı valyuta ilə ödəniş etdiyinə dair foto paylaşmayıb, bu baxımdan onu təşvişə salan xəbərin nə dərəcədə düzgün olduğu məlum deyil. Azərbaycan ordusu Şuşa ətrafında, Xankəndinin bir neçə kilometrliyində post qurub və onların yaxınlığında Rusiya sülhməramlılarının postu yerləşir.

Müstəqil.Az

Share: