Şok əməliyyat: bir korpus və alay darmadağın edildi – Köçəryan

Nikol Paşinyanın birbaşa sifarişi ilə ordu rəhbərliyi oktyabrın əvvəlində cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi. Bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində İkinci Qarabağ müharibəsi haqda danışarkən deyib.

“Bu, ilk ən böyük uğursuzluq idi: nəticədə ordunun korpuslarından biri və Xankəndi alayı darmadağın oldu. Bundan sonra bizim bölmələrin effektiv müdafiə üçün döyüş imkanları qalmamışdı”, – Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, bu əməliyyat Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi:

“Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadrut, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı”.

Köçəryan deyib ki, Azərbaycan atəşkəsə razı ola bilməzdi, çünki hər gün ordusu irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz.

Köçəryan bütün yanlış qərarların bir adam tərəfindən qəbul edildiyini deyib. O, müharibədə xalqın deyil, baş nazir və onun komandasının, apardığı siyasətin məğlub olduğunu bildirib.

“Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”.

Müstəqil.Az

 

 

Share: