Birləşmiş Ərəb Əmirliyində sükut dəqiqəsi

Bu gün  ölkəmizdə  Azərbaycan Ordusunun 44 günlük  II Qarabağ Müharibəsində həlak olan əsgər və zabitləriizin, dinc əhalimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sükut dəqiqəsi Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin  “Vətən  müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında”  imzaladığı 3 dekabr Sərəncamı ilə baş tutub.

Bir dəqiqəlik sükutla  əlaqədar olaraq Dövlət  bayraqları endirilib, nəqliyyatın  hərəkəti dayanıb, avtomobillərdən, Bakı buxtadındakı gəmilərdən  səs siqnalları  verilib.

Sükut dəqiqəsi ilə əlaqədar olaraq bu  gün Azərbaycanın  bütün şəhər və rayonlardakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən  müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcək.

Sükut dəqiqəsinə Xaricdə çalışan  azərbaycanlı dənizçiləri də qoşulub, Azərbaycanın kədərinə şərik olublar.

Bu münasibətlə Xarici ölkələrdə işləyən dənizçilərimiz – kapitanlarımız da sayğı duruşuna durub, 1 dəqiqəlik sükutla dünya sularında şəhidlərimizin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Onlardan biri, hazırda Birləşmiş Ərəb Əmirliklərinin   Abu -Dabi şəhərində  fəaliyyət göstərən  “ADNOC”  şirkətinin, “ ADNOC 510”   gəmisinin kapitanı, DSD İB-nin idarə heyyətinin üzvü  Nazim Həbibov təssuratını Müstəqil.Az-la bölüşüb:

Azərbaycan xalqı işğalla heç vaxt barışa bilməzdi. Bizim işimiz haqq işi idi.  Azərbaycanın qəhrəman, igid və mərd  oğulları bir daha düşmənə gücümüzü və birliyimizi göstərdilər. Bundan sonra biz daha güclü olmalı, Azərbaycan dövlətinin müstəqilliyi və daimiliyi uğrunda, hər birimiz harada olmağımızdan asılı olmayaraq, daha sıx birləşməliyik. Şəhid analarına və atalarına öz dərin kədərimi və ehtiramımı  bildirirəm. Azərbaycan xalqına isə səbr və dözüm diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Azərbaycanı və  xalqımızı qorusun!  Qalibiyyətimiz, zəfərimiz mübarək.   Bu  zəfəri bizə yasadan

 Ali Baş Komandan, var ol!

 Azərbaycanın Şanlı Ordusu, var ol !

 Qəhrəman, mübariz Azərbaycan əsgəri , var ol !”

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

https://www.youtube.com/watch?v=DxCm5Ye1jiw&feature=youtu.be


Müstəqil.Az

Share: