Zəfərin özü – Əkbər Qoşalı yazdı

Azərbaycan Böyük Vətən Müharibəsi Ordumuzun tarixi zəfəri ilə başa çatdı. 30 ilə yaxın müddətdə işğalçılıq siyasətini “qalib tərəf” ədası ilə “əsaslandırmaq” cəhdində bulunan, öz “qalibiyyət”indən başı gicəllənən düşmən, tarixi məğlubiyyətə uğradı. Müzəffər Ordumuzun məğlub etdiyi qüvvələr yalnız Ermənistan silahlı qüvvələri deyildi, yalnız Ermənistan hərbi-siyasi rəhbərliyi deyildi… Azərbaycanın qələbəsi yalnız bəlli şəhərlərin, qəsəbə, kənd və strateji yüksəkliklərin azad edilməsi deyildi. Bu zəfər, necə deyərlər, zəfər kimi zəfərdir – öz bəşəri mahiyyəti ilə bir zəfərdən daha artıqdır! Deyim, necə:

Ermənistan yalnız özünü təmsil etmir, o bütün şər qüvvələrin ümumiləşmiş obrazıdır, özəlliklə, XXI yüzildə faşizmin əsas simasıdır. Almaniyanın, İtaliyanın müvafiq olaraq, Hitler və Mussolinidən sonra rəsmən imtina etdiyi faşizmin XX yüzilin sonları XXI yüzilin əvvəllərində harada baş qaldıracağı barədə 40-50 il bundan öncə müzakirə açılsaydı, çox güman ki bunun “müttəfiq respublika”da baş verəcəyini proqnozlaşdıran olmazdı. O zamanki Ermənistan SSRİ-nin tərkibində idi və SSRİ-nin əsas tarixi nailiyyəti məhz faşizm üzərindəki qələbə idi. Məgər ki faşim əleyhinə çıxış edə-edə, beynəlmiləlçiliyi, bərabərliyi, sosializm qardaşlığını və s. tərənnüm edərək də fazişmi bəsləmək mümkün imiş. Bu mümkünsüzü mümkün etməkçün gərək erməni olasan, Ermənistan olasan. Gərək dildə beynəlmiləlçilik deyə-deyə beynində faşizm “deyəsən”, ruhun zədəli ola gərək. Başqa necə bu qədər diametral şəkildə ikiləşmək, nihilizmə yuvarlanmaq olar? Qaregin Nijdeəyə 6 metrlik heykəl ucaldan, terrorçuluğu danılmaz Monte Melkumyana Milli Qəhrəman adı verən, onun qəhrəmanlığını kitab-dəftərə salan hansı zehniyyətdir? Nijdeyə heykəl ucaltmaq yox, mümkün olsa, heykəl alçaltmaq lazımdır.

Bax, Ermənistan belə Ermənistandır: Köçəryan, Sarkisyan, Paşinyan… adlar dəyişir, ideoloji-siyasi qiyafə dəyişir, faşizm xətti isə əsla dəyişmir. Əgər Xocalı suçluları Köçəryan-Sarkisyan ikilisindən sonra, onları tənqid edərək, inqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan da faşizm yolu tutdusa, deməli adlar yox, o cəmiyyət, o dövlət binədən zədəlidir. “Guya demokrat” Paşinyan sələflərinə dırnaqarasında rəhmət oxutduracaq qədər nadürüst oldu, cəbhədən uzaq Gəncəyə, Bərdəyə dinc sakinlərə, körpələrə, uşaqlara, qadınlara, qocalara qadağan olunmuş raketlər atdı. Sələflərindən fərqli olaraq, “mın etməmişəm” dedi. Əlbəttə, etiraf edib-etməməsindən asılı olmayaraq, Köçəryan-Sarkisyan ikilisinin adı üstündə Xocalı suçlularıdır, bununla belə Paşinyan demokrat libası geyərək meydana atılmışdı və onlardan daha uzağa getmək planları içindəydi. Azərbaycan Dəmir Yumruğu onun Azərbaycanla bağlı hərbi-siyasi planlarını ildırıma, silkələnməyə məruz qoydu. 44 gün içində, Ermənistan cəmiyyətinin içində olduğu qəflət yuxusu qaçırıldı. İndi olmayan papaqlarının qabaqlarına qoyub fikirləşmələri lazım. Qriqoryanlıq yarımməzhbində də tövbə formulu var yəqin – tövbə etməlidir o cəmiyyət, o xalq. Tövbə Tanrı ilə bəndəsi arasında olan məsələlər kaeqoriyasına aiddir; biz isə uğursuz, baş tutmamış Ermənistan dövlətini beynəlxalq məhkəmlərə verəcək, təzminat tələb edəcəyik. O qədər təzminat ki Ermənistanda tutar qalmayacaq – qalmasın da, zatən, qalmasın! Özünə xeyri olmayan, yalnız başqasına ziyan verməkçün mövcud olan bir dövlətin batması haqdır! Bu missiyanı Azərbaycan dövlətinin əi ilə edən Haqqa, Tanrıya şükür! Demək ki, bizim işimiz haqq işidir, mübarizəmiz İlahi qaynaqlıdır.

Görün, biz kimi məğlub edərək Zəfər qazanmışıq!

Sentyabrın 27-dən başlayan döyüşlərin gedişatı, tapdaqdan qurtulmuş torpaqları­mızda aşkarlanan heyrətamiz hərbi istehkamlar, sıradan çıxarlmış, qənimət götürülmüş, (təqribən 3-4 milyard dollar civarında) müxtəlif çapda və növdə olan hərbi texnika, silah-sursat… aydın göstərir ki, Ordumuzun qarşısında, illər uzunu aşırı dərəcədə təşkilatlanmış düşmən vardı;
Kürəyində güclü əllər duran Ermənistan, beynəlxalq aləmdə xərçəng kimi yayılmış dünya erməniliyi ilə özünü yenilməz hiss edirdi. 44 günlük müharibə boyu “kürəkdəki əllər” grünməmiş dərəcədə fəallaşdı, Xeyrin təmsilçisi Azərbaycana qarşı öz Şər üzü (üzsüzülüyü!) ilə ciddi təzyiqlərə başladı;
Ermənistan 30 il ərzində “Azərbaycanın öz torpaqlarını hansı istiqamətdən azad etmə hərəkatına başlayar?” – sualına qarşı tədbirlər tökərək, özəliklə, Ağdam, Füzuli istiqamətində bir neçə qat möhkəmləndirilmiş, eşelonlaşdırılmış müdafiə sistemi, “siçovul yuvaları”, hərbi hiylə mexanizmləri və s. qurmuşdu. Tank əleyhinə artilleriyanı, dağatıcılarını, bəlkə digər bölmələrdən bir neçə dəfə güclü hazırlamış, tər yerinə qan çıxıncayadək məşq etmişdilər sanki. Ancaq bir şeyi hesabla­mamışdılar – onlar işğalı möhkəmləndirmə işlərini (qaraniyyətlə və) əllə görmüşdü, biz isə öz torpağımızı azad etmək işini yalnız əl-ayaqla deyil, eşqlə, özləmlə və ruh gücü ilə gördük! Bu halda, erməni tərəfi şeytan fəhləliyi edib, bizim hərbçilərin gördüyü iş isə sənətkarlıqdır. – Bəli, bu, sənətdir, bu estetikadır. Müharibəni də, dinc yaşamı da gözdən, urvatdan salan Ermənistana qarşı qızıl ləyaqətli müharibə apardıq biz.

Əcdadımızın hərb ənənələrini çağdaş hərb texnologiyalarının kamil tətbiqi ilə birləşdirərək, doğrudan sənətkarlıq etdik. Və bu, düşmənin miskinliyini, saxtakarlığını bir daha üzə çıxardı, öz qazdığı quyuya özü düşməsini şərtləndirdi.
Qarabağ torpaqlarımıza bəlkə Ermənistandakı ailələrin sayı qədər mina basdıran düşməni nə o minalar, nə “keçilməz Ohanyan xətt”i, nə torpağın altda qazdıqları “siçovul yuvaları”, nə bizim olan Qarabağın göyüzünü bizdən “qoruyan”… “S-300”lər-filanlar… xilas edə bilmədi. Bizim qabağımızı kəsə bilmədilər, işğalçıları iti qovan kimi qovduq. Azərbaycan əsgəri yalnız irəli getdi! Həmin o Ohanyan da, başqa yaxası dəmir-dümür dolu saxta “qəhrəman”lar da rüsvayçılıqdan qurtula bilmədi. O Ohonyan Şuşa ətrafında doğulmuş, böyümüşüdü, Şuşanın azadlı­ğından az öncə öz istəyi ilə “Şuşa komendantı” təyin olunmuşdu; Şuşa da Şuşadır – məlumunuz – dağlar başında təbii istehkamlı, az yollu, çox qayalı bir şəhər. O şəhər ki biz, orada tankla-topla, minamyotla və s. müdafiə olunan düşmənə dağlardan dırmaşarq, bıçaqla, tapança ilə qalib gəldik! Dağa dırmaşanlarımız içində ən yüksək rütbə polkovnik idisə, şəhərin erməni “komendantı” yaxası dəmir-dümür dolu, sərəncamında çoxsaylı hərbi bölmələr olan təcrübəli general-polkovnik idi! Deməli, məsələ malik olduğun ruhda, ruh gücündə, qan yaddaşındadır! Ohonyanın zabit şərəfi olsaydı, intihar edərdi. Ümumən Şuşanın azad edilməsində sonra Ermənistan hərbi-siyasi rəhbərliyi öz dəmir-dümürlərindən, fəxri ad və titullarından, daşıdığı vəzifədən imtina etməyibsə, deməli, abırsızlıqdan ciddi əziyyət çəkirlər.
Gəlin etiraf edək ki, işğalçı Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda, başqa ölkələrdə ali hərbi təhsil almış, ixtisasa uyğun xidmət etmiş və çağdaş hərb texnolo­giyalarını, yenilikləri vaxtaşırı öyrənmişdi; Rusiyadan, Fransadan, digər aparıcı ölkələrindən erməniəsilli döyüşçülər, xüsusi təyinatlılar, PKK, ASALA ter­rorçuları, Suriyadan, Livandan və b. yerlərdən xeyli sayda peşəkar muzdlu bizim Ordumuza qarşı döyüşlərdə vuruşurdu.
Ordumuz bax belə mürəkkəb, çalkeçir amillərin mövcudluğu ortamında tarixi zəfər qazandı.
Bu tarixi zəfəri daha da qiymətli edən, onu şərtləndirən daha hansı məqamları fərqləndirə bilərik? –
Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi;
Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizamın, çevikliyin olması;
Dərin düşünülmüş hərb strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, durumu nəzarətdə saxlamağa imkan verən döyüş taktikasının seçilməsi;
Doğma torpaqlar uğruna vuruşan Azərbaycan əsgər və zabitinin yüksək mənəvi-psixoloji durumu, vətənpərvərliyi;
Dövlət-Xalq birliyi və b…
Bunlar hər dövrdə hər xalqda olmur. Bunlar bizim nemətimizdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan 8 noyabrı – Zəfər Günü elan etmək haqqında Sərəncam imzalayıb. Ali Baş Komandan Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb; 2020-ci il, dekabrın 4-də, saat 12.00-da respublika ərazisində bir dəqiqəlik sükut elan edilib, eləcə də, 10 dekabrda Qələbə Paradı keçiriləcək. –Bütün bunlar şəhidlərimizin ruhuna əbədi ehtiramın ifadəsi, milli dövlətçilik irsimizə sədaqətin təntənəsi, ulularımızın ruhuna dərin sayğının parlaq təcəssümüdür.

Azərbaycan Böyük Vətən Müharibəsində 2783 nəfər hərbi qulluqçumuz şəhid olub, 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab edilir, 1245 hərbi qulluqçumuz hazırda tibb müəssisələrində müalicə alır. Heç şübhəsiz, şəhidlərimizin adı, təvəllüdü, rütbəsi, keçdiyi döyüş yolu haqqında layiqli şəkildə bilgilər toplanacaq, qəhrəmanlarımızın həyatı dastanlaşacaq, döyüş yolu öyrəniləcək. İtkin hərbçilərimizin tapılması üçün zəruri təbdirlər görüldüyü də şübhəszidir. Həkimlərimiz də öz sıralarında yaralı hərbçilərimizə fədakarcasına qulluq edir. Hər kəsə təşəkkürlər!

Zəfərin mübarək olsun, Azərbaycanım!
Bayrağın uca olsun, əziz Dövlətim!
Ordumuzun uğurları bol olsun, şəhidlərimizin ruhu şad olsun,
yaralı qazlərimiz tez sağalsın, itkinimizin yolu yaxın olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı
Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı

Share: