İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət…

Lerik Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti ilə maliyyə dəyəri 47 443.32 AZN təşkil edən müqavilə imzalayıb. 

Müstəqil.Az xəbər verir ki, müqavilədə Lerik şəhəri Hıramo kəndinə gedən avtomobil yolunun təmiri nəzərdə tutulur.

İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına əsasən “Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. “Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.

Müstəqil.Az

Share: