Neftçala rayonun Həsənabad qəsəbəsində Şəhidlər park-kompleksinin açılışı oldu

Dünən , 2020 ci ilin dekabr ayının 2 – də Neftçala rayonun Həsənabad qəsəbəsində Şəhidlər kompleksinin açılışı olub.

Müstəqil.Az bildirir ki, bu barədə Nefçaladan Milli Məclisə deputat seçilən, Xalq şairi, VHP-nın sədri Sabir Rüstəmxanlı ictimaiyyətə məlumat verib.

 

Bu işə mən rayondan millət vəkili çeçiləndən az sonra başlamışdım, dünən, nəhayət ki, rayon fəallarının da köməyi ilə yekunlaşdırdıq və qəsəbə əhalisinə təqdim etdik. Şəhidlər park-kompleksi Həsənəbaq qəsəbəsinin mərkəzində, geniş bir ərazidə tikilmişdir. Həsənabad qəsəbəsinin yetirdiyi igidlər Vətənin azadlığı uğrunda mübarızələrdə və Qarabağ müharibələrində həmişə öz qəhrəmanlıqları ilə seçiliblər. Şəhidlər kompleksinin baş tərəfindəki divarda 13 şəhidin şəkli qara mərmərdə həkk olunmuş, onların qarşısındakı meydançada 2 milli qəhrəmanın büstü qoyulmuşdur.

Kompleks həm də kənd əhàlisinin iştirahət yeri olacaqdır və səliqəli yollar, oturacaqlar, yaşıllaşdırma və işıqlandırma işləri bu niyyətə xidmət edir. Kompıeksin Laçının azad edilməsindən bır gün sonra açılışı rəmzi məna daşıyır. Açılışda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidlı, milli qəhrəmanların ailə üzvləri və mən Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra belə bir kompleksin yaradılmasını şəhidlərin ruhuna xalqın bəslədiyi böyük sayqı olduğunu və şəhidlərin xatirəsinin hər yerdə əziz tutulduğunu qeyd etdik” – deyən Sabir Rüstəmxanlı  Koronaviruş xəstəliyinin yayılmasının qarşısını almaq şərtləri nəzərə alınaraq keçirilən tədbiri rayonun tanınmış ziyalılarından olan yazıçı, Xolqaraqaşlı kənd orta məktəbinin direktoru Ruhəngiz Nəcəfovanın apardığını qeyd edib. Faiq Balabəyli

Share: