1993-cü ildən sonra Dağlıq Qarabağa köçmüş ermənilərin siyahısı müəyyənləşdirilməsi – TƏ K L İ F

Müstəqil.Az bildirir ki, tanınmış hüquqşünas, Miqrantlara Hüquqi Yardım Təşkiulatının rəhbəri Əlövsət Əliyev Azərbaycanın Ermənistan üzərində qazandığı parlaq qələbədən sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə bağlanmış 3 tərəfli sazişdən irəli gələn görüləcək işlərə yönələn təkliflə çıxış edib.

Təklifi olduğu kimi yayınlayırıq:
10 noyabr bəyanatında dekabrın birinə kimi nəzərdə tutulan işlər başa çatdı və işğal olunmuş rayonlar Azərbaycan ordusunun tam nəzarətindədir. İndi isə aşağıdakıların icrası zəruridir:
1.Bəyanatın 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına gəldikdə isə bu proses davam edir və başa çatdırılmalıdır. Dağlıq Qarabağda ermənilərə aid heç bir silahlı birləşmə saxlanılmalı deyil.
2. Qayıdış proqramına start verilməlidir. Qayıdış proqramı paralel olaraq işğaldan azad olunmuş ərazilərə qayıdan hər bir vətəndaşın, o cümlədən Dagliq Qarabağın təhlükəsizliyinin qarantı kimi, ölkədə kompleks təhlükəsizlik balansında dəyişiklik prosesini tənzimləməlidir.
3. Qayıdış proseslərinin gecikməsi və ya səhv məskunlaşdırma ideyası ciddi çətinliklər yarada bilər. Odur ki, təcilli olaraq işğaldan azad olunan rayonlar üzrə qayıdış proqramları işlənib hazırlanmalı, əsas prinsiplər müzakirəyə cıxarılmalıdır.
4. Proqram qeydiyyatda olduğu əraziyə qayitmaq istəyən məcburi köçkünlər və digər şəxslər ücün dəqiq qaydaları müəyyən etməlidir. Belə ki, proqram Azərbaycanda yaşayan məcburi köckünlərin və onların ailə üzvlərinin, xaricdə yaşayan məcburi köçkünlərin və ailə üzvlərinin, 1-ci və 2-ci Qarabağ döyüşlərində iştirak edən və azad olunmuş ərazilərdə yaşamaq istəyən qazilərin və ailə üzvlərinin, başqa bölgələrdə qeydiyyatda olan və azad olunan ərazilərə köçmək istəyən Azərbaycan vətəndaşlarının, azad olunmuş ərazilərə sərmayə qoymaq istəyən iş adamları və s. ücün dəqiq qaydalar müəyyən etməlidir.
5. Qayıdıshla bağlı BMT QAK, BMqT və QHT-lərlə birgə iş planları hazırlanmalı, onların vasitəsi ilə məcburi köçkünlərin qayıdışa hazırlanması tədbirləri həyata kecirilməlidir.
6. Bir sira nazirliklər və ali təhsil müəssisələri azad olunmuş və ya həmin ərazilərə yaxın rayonlara köçürülməlidir. Məsələn, Müdafiə Nazirliyinin Ağdama və ya Gəncəyə, Mədəniyyət Nazirliyinin və İncəsənət Universitetinin Şuşaya, Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan və ya Füzuliyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cəbrayıl və ya Zəngilana və s. göçürülməsi məsələlərinə baxılmalıdır.
7. Ağdərə, Xocalı, Xankəndi, Xocavənd rayonlarında qeydiyyatda olan vətəndaşlarımızın siyahısı bir daha dəqiqləşdirilməli, onların həmin ərazilərə qaytarılması haqqında ayrıca proqram hazırlanmalı və təcili olaraq sülhməramlıların dəstəyi ilə icrasına başlanılmalıdır.
8. 1993-cü ildən sonra Dağlıq Qarabağa köçmüş ermənilərin müəyyənləşdirilməsi üçün dövlət arxivlərində, Statistika Komitəsində və DİN-nin məlumat bazalarında həmin vaxta kimi qeydiyyatda olanların adlı siyahısının əldə olunması təmin edilməlidir, digərlərinin vətəndaşlıq mənsubiyyəti məsələləri aydınlaşdırlımalıdır.
9. Azad olunmuş rayonlarda ölkədə aparılan torpaq islahatı- torpaqların özəlləşdirilməsi həyata keçirilməyib. Hesab edirəm ki, sui-istifadə hallarının qarşısının alınması üçün bu sahədə islahatlara məskunlaşma başa çatandan sonra başlanılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı tədbirlər planı hazırlamalıdır.
10. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin vəziyyəti haqqında bir hesabatın hazırlanması çox vacibdir. Hökumət dəymiş ziyanın müəyyən edilməsi haqqında umumi hesabat hazırlayacağı barədə məlumat versə də, QHT-lər tərəfindən ayrıca hesabatın olması, xarici dillərə tərcümə edilməsi və yayılması çox vacibdir.
11. Müharibədən sonrakı infrastruktur və inkişaf layihələrində mümkün korrupsiya barədə ciddi narahatçılıqlar davam edir.
Müharibədən qalib çıxan təkcə hakimiyyət deyil, müharibədən daha güclü çıxan Azərbaycan cəmiyyətidir. Bu cəmiyyət hakimiyyətə qarşı sərt tələblər irəli sürməli, qayıdışla bağlı layihələrdə korrupsiyaya imkan verməli deyil. Qalib cəmiyyət bunu bacarmalıdır. Ölkənin sərvətlərini qorumaq, onu inkişaf etdirmək, ölkədə məmur özbaşınalığına və korrupsiyaya qarşı mübarizə aparmaq hər kəsin vəzifəsidir.
Ölkədə ədalətin və demokratiyanın bərqərar olmasına, qələbənin başa çatdırılmasına, korrupsiyaya qarşı effektli mübarizə aparmağa, xarici təhdidlər qarşısında duruş gətirməyə zəmanət isə Mİlli Birlikdir, deyə Əlövsət Əliyev təklif sonu bəzi neqativ halların da aradan qaldırılmasına münasibətini bildirib.
Müstəqil.Az
Share: