Vətən sənə əmanət, əsgərim

Torpaqlarımızın azadlığı uğrunda vuruşub, qəhrəmanlıqları ilə tarix yazan igidlərimizdən biri də 1994-cü ilin mart ayında  Bərdə rayonunun Kovər kendidə anadan olmuş  Emin Səfər oğlu Dünyamalıyevdir.

Müstəqil.Az Emin 2017 – ci ilin aprek ayının 2-də həqiqi hərbi xidmətə çağrılıb. Bir ildən sonra, 2018 ci ilinn aprel ayında da ordudan tərxis olunub.

II Qarabağ savaşı başlayandan sonra Bərdə rayon Səfərbərlik idarəsinə müraciət edib. 2020-ci ilin 29 sentyabrından Bərdə rayon Hərbi Səfərbərlik idarəsi tərəfindən döyüşə çağrılıb.

Onun döyüş yolu Ballı qayadan,  Tərtər rayonundan keçib. Hazırda Murov dağnda olan əsgərimiz haqqında döyüş yoldaşları və komandirləri xoş sözlər deyir.

Əsgərimizə can sağlığı arzu edirik, Vətən sənə əmanət, əsgərim.
Müstəqil.Az

 

Share: