“CMA CGM” şirkətinin üçüncü konteyner gəmisi istifadəyə verilib

Müstəqil.Az “Seanews.az”-a istinad edərək  xəbər verir ki, “Palais Royal” adlı gəmi şirkətin LNG ilə çalışan sayca 26-cı gəmisidir.

Çinin “Hudong Zhonghua” gəmiqayırma zavodunda inşa edilmiş gəminin uzunluğu 400, eni 61 metr, göyərtəsinin sahəsi isə 23.9 min kv/metrdir.

İkiyanacaqlı mühərrik ilə təchiz olunmuş gəminin LNG mühərriki 18.6 min kub metr yanacaq tutur.

“Palais Royal” gəmisi də şirkətin digər bir neçə gəmisi kimi Asiya-Avropa marşrutu üzrə istismar ediləcək.

Müstəqil.Az

Share: