Gəmilərdə sənədləşdirmə işləri xeyli azalacaq

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, “Online ABLOG” adlanan yeni tətbiq “Mitsui OSK Lines” və “Microsoft” şirkətlərinin birgə layihəsidir. Adı çəkilən tətbiqin istifadəsi üçün xüsusi proqram təminatına ehtiyac yoxdur. Belə ki, bu tətbiq peyk vasitəsilə veb-brauzerdə işə salınır.

Bu proqram təminatının istifadəsi bir gəmidə il ərzində sənədlərin işlənməsinə ayrılan 880 saat vaxta qənaət edir.

“Online ABLOG” tətbiqi artıq 197 ədəd gəmidə istifadəyə verilib.

Müstəqil.Az

Share: