Gün işığı əsasında dəniz suyunu duzdan təmizləyəcək yeni texnologiya hazırlanıb

Yeni metod analoqlarından ucuz və nisbətən təhlükəsiz nanohissəciklərdən istifadə edilməsinə görə fərqlənir. Tədqiqatın nəticələri “Renewable Energy” və “International Journal of Heat and Mass Transfer” jurnallarında dərc edilib.

Günəş generatorları bir çox bərpa olunan enerji sistemlərinin vacib elementidir. Alimlərin fikrincə, buxar mini-turbinlərinin dəniz suyunun duzdan təmizlənməsinə uyğunlaşdırılması sxemi perspektivli hesab edilir. Dünyanın bir çox regionları üçün kombinə edilmiş belə qurğular enerji və kənd təsərrüfatı üçün su mənbəyidir.

Rusiyalı alimlər Norveç və Çindən olan həmkarları ilə birlikdə günəş buxar generasiyasının faydalı iş əmsalını 15-25 faiz artıra biliblər. Onların sözlərinə görə, qaynanmış mayedən çox buxar nanohissəciklərin su suspenziyasında işığın köməyilə qaynama yarada bilər. Suya yeni xüsusiyyət vermək üçün qrafit və dəmir oksidindən istifadə edilib.

Tədqiqatçıların sözlərinə görə, müvafiq effekt hələ 2000-ci illərdə ABŞ və Avstraliya alimləri tərəfindən kəşf olunub. Lakin sonra laboratoriya təcrübələri aparılmayıb. Yeni tədqiqatda prosesin nəzəri təsviri genişləndirilib və sənayedə tətbiqi tapılıb. Sistemin böyük üstünlüyü ondan ibarətdir ki, yeni texnologiyada qızıl və gümüş nanohissəciklərdən istifadə edilmir. Yeni metod Günəşin işığından istifadə etməklə hər şeydən əvvəl duzlu və tullantı sularının şirinləşdirilməsinə və dezinfeksiya edilməsinə imkan yaradacaq. Texnologiya xərçəngin fotodinamik terapiyasında və kosmik texnikanın soyudulması sisteminin yaradılmasında da öz tətbiqini tapacaq.

Qrafit və dəmir oksid nanosuspenziyaları analoji qızıl nanohissəciklərdən 250 dəfə ucuzdur. Bundan başqa, nanohissəciklərin mikron ölçülərinə qədər tədricən birləşməsi səbəbindən maye nanotoksik deyil. Bu, o deməkdir ki, xüsusi biofizik sınaqlardan sonra su əlavə təmizlənmə olmadan təsərrüfat ehtiyacları üçün istifadə edilə bilər.

Alimlər gələcəkdə nanomayenin yeni tərkibini işləyib hazırlamağı, qurğuların yeni prototiplərini yaratmağı və beləliklə də bərpa olunan müxtəlif enerji sistemlərində faydalı iş əmsalının səmərəsini artırmağı planlaşdırırlar.

Müstəqil.Az

mənbə:“Seanews.az”

Share: