Naqayev buxtasında batmış gəmilərin tədqiqatı aparılıb

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, tədiqatların aparılması üçün “SB-521” xilasedici yedək gəmisindən istifadə edilib.

Sözügedən ərazinin batmış gəmilərdən təmizlənməsi üçün müvafiq göstərişi Rusiyanın baş naziri Mixail Mişustin verib.

Bundan əlavə Maqadan bölgəsinin qubernatorunun müraciətinə əsasən, sualtı mütəxəssislər 2006-cı ildə batmış “Professor Moiseyev” balıqçı gəmisini də dalğıc əməliyyatı vasitəsilə tədqiq ediblər.

Noyabrın 24-də qarşıya qoyulmuş bütün tapşırıqlar həyata keçiriləndən sonra “SB-521” gəmisi əməliyyat zonasını tərk edib.

Müstəqil.Az

Share: