Fransanın əsl siması bir daha açıldı!

Fransa Senatı dünən öz həqiqi sifətini bir daha göstərərək, tövsiyyə xarakterli olsa da qondarma “Arsax” rejimini tanıdı. Azərbaycan Ordusunun işğalçı erməni rejimi və onun quldur hərbi bandaları üzərində çaldığı rəşadətli qələbə və cəbhədəki zəfərlər ağır daş olub, hələ yavaş-yavaş neçə-neçə erməni himayədarlarının başlarına düşəcəkdir!

Müstəqil.Az bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin sabiq köməkçisi, professor Əli Həsənov özünün sosial şəbəkdə divarında Senatın məkrli siyasəti haqda fikirlərini bölüşərkən qeyd edib. O, daha sonra əlavə edib:
“Görünür, Azərbaycan dövlətinin rəsmi cavabı özünü çox gözlətməyəcək və yəqin ki, qardaş Türkiyənin nümunəsi ilə biz də Fransa ilə bütün əlaqələri yenidən gözdən keçirəcəyik!
BMT TŞ-nın və ATƏT-in Minsk Qrupunun üzvü olan və beynəlxalq sülhyaratma proseslərində tez-tez “tərəfsiz vasitəçi” missiyasını öz üzərinə götürən bir ölkənin Makron adlı Prezidentinin müharibənin gedişində açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi, ardından da bu ölkənin Senatının belə ədalətsiz bir qərar qəbul etməsi bundan sonra dünyada neçə-neçə separatçı hərəkatlara və milli-etnik qarşıdurmalara yol açacaq… Belə qərəzli qərarlar həm də dünyada sivil dövlətlərarası nizamı pozur və xalqlar arasında nifaq salır.”
Müstəqil.Az
Share:

Author: Müstəqil AZ