Dənizçi Atamoğlanın zabit oğlu Eşqin

 Yahyayev Eşqin Atamoğlan oglu. 17.04.1990-ci ilin aprel ayının – 17 də  Ucar rayonu Məliklikballi kəndində anadan olub. 1996-ci ildə Bakı şəhərində 221 saylı məktəbin 1-ci sinifinə gedib.

Bu haqda Müstəqil.Az-a dayısı oğlu, “Azərbaycan” kran gəmisinin böyük mexanniki Şamo Hacıyev məlumat verib.  O bildirib ki, Azərbaycan ordusunun zabiti olan Eşqin  XDND idarəsinin veteran işçisi olan, hazırda elektrik mexanniki işləyən Atamoğlan Yəhyayevin oğludur.

2007-ci ildə orta məktəbi bitirib AAHTM-e – Aviayasiya Akademiyasına  daxil olub. 2011-ci ildə AAHTM -da təhsilini başa vurub. 2012-ci ilde Zabit İxtisas Kursunu bitirərək  ordu sıralarına daxil olub. 2-ci Qarabağ döyüşlərində Füzuli-Cebrayıl istiqamətlərdə gedən döyüşlərdə iştirak edib.  Kapitan Yəhyayev Eşqin hal hazırda zabit olaraq xidmətini davam edir. Ailəlidir. İki övladı var.

Bizimlə söhbətində Şamo Hacıyev onu da əlavə etdi ki, Ordumuzun zabiti olan yaxın qohumu Eşqinlə fəxr edirlər. Onun vətənpərvərliyi,

(Azərbaycan” kran gəmisinin böyük mexanniki Şamo Hacıyev)

döyüş bacarığı, komandanlığın haqqında xoş sözlər deməsi bütün məlikballıların və çoxsaylı Məlikballıdan olan dənizçilərin dillərindən düşmür.

Faiq Balabəyli

Share:

Author: Müstəqil AZ