Ermənilərin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri

Xəbər verdiyimiz kimi, dünən düşmən Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Bununla 27 il davam edən işğal başa çatıb. Azərbaycanın müzəffər ordusu Kəlbəcərə daxil olub.

Müdafiə Nazirliyi dünən gün boyu Azərbaycan ordusunun irəliləməsini əks etdirən görüntülər yayıb.

“Yeni Sabah”xəbər verir ki, Oxu.Az-ın redaksiyasına Kəlbəcər şəhərindən çəkilmiş görüntülər göndərilib.

Görüntülərdə barbar ermənilər tərəfindən dağıdılmış, yandırılmış, viran qoyulmuş şəhərin mənzərəsi əks olunub. Düşmən şəhəri tamamilə məhv edib, daşı daş üstdə qoymayıb.

Həmin görüntüləri təqdim edirik:

Share:

Author: Müstəqil AZ