Şəhid dənizçilər… onlar dənizi seçdilər, dağlarada şəhid oldular

Müstəqil.Az olaraq Qarabağ savaşında şücaət göstərən, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıq göstərən əsgərlərimizdən mütəmadi olaraq yazılar dərc edir, onların döyüş yollarına işıq salırıq.
Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin  informasiya dəstəyi ilə gerçəkləşən haqlarında bəhs etdiyimiz döyüşçü qəhrəmanların içərisində igid dənizçilərimiz də az deyil.
Bu dəfə bir vaxtlar Dənizçilik kollecinin tələbəsi olan bu qəhrəmanları sizə tanıtmaq istəyirik. Təhsil aldıqları kollecin şərəf lövhəsində şəkilləri vurulan bu igidlər – Ələkbər Ələsgərov, Səxavət Talıbzadə, Əfqan Axundov, Zeynal Zülfüqarlı Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhadətə qovuşaraq şəhidlik zirvəsinə ucalıblar.
Müstəqil.AzDənizçilərə Sosial Dəstək İctimai Birliyinin  kollektivi adından şəhidlərimizin ailələrinə başsağlığı veririk, məkanları cənnət olsun deyirik.
Vətən sağ olsun
Müstəqil.Az
Share: