Uzaq səfərlər kapitanı Səttar Həsənov – VİDEO

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin veteran dənizçilərindən olan 76 yaşlı Səttar Həsənov ömrünün yarıdan çox hissəsini uzaq səfərlər kapitanı kimi çalışıb. Bu müddət ərzində o, dünyanın 22 ölkəsində olub.

Müstəqil.Az xəbər verir ki, bu haqda “Seanews.az”  bəhs edib.

Matrosluqdan kapitan zirvəsinə qədər pillə-pillə yüksələn Səttar Həsənov müxtəlif tip gəmilərdə çalışıb.

“Şamaxı” gəmisin kapitanı, “DSD” İB-nin sədri Faiq Səfərov da Müstəqil.Az-a yubiliyar dəniz haqda xoş sözlər deyib: Səttar Kapitan XDND idarəsinin sayılıb-seçilən kapitanlarından olub. Haqqında onu tanıyanlar bu gün də bəhs edəndə istər-istəməz çöhrələrə sevinc və gülüş qonur. “Şirvan-3” kran gəmisindən tanıdığı deyən İB sədri bizimlə söhbətində əlavə etdi ki, Səttar kapitan tələbkar kapitan olduğu qədər də yumor hissinə malik olan, gənclərə qayğısını əsirgəməyən birisi olub. Və həmkarına can sağlığ arzulayıb.olunan

Keçdiyi şərəfli yolda qarşısına çıxan hər bir çətinlikdən müvəffəqiyyətlə çıxan veteran dənizçi xatirələrini və arzularını “Seanews.az”-la bölüşdüyü video görüntünü Müstəqil.Az  oxuculara bir daha təqdim edir:

Share: