Başı qarlı dağ- Vidadi… – Fuad Biləsuvarlı

Müstəqil.Az AYB-nin üzvü, AJB-nin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlının Fizika – riyaziyyat üzrə fəlsəfə doktoru, Pedaqoji elmlər doktoru, Bakı Dövlət Sosial İqtisadi Kollecinin direktoru, dəyərli ziyalı Vidadi  Orucova həsr etdiyi şeirlərini təqdim edir:
 
 
Başı qarlı dağ- Vidadi
 
Ömrün mənasını elmdə görən,
Özünə sevgini elində görən.
Qarabağ dərdini telində görən,
Sandı başı qarlı dağ Vidadini.
 
Müdrikliyə gedir həyatında yol,
Kədəri az olsun, sevinci də bol.
Hələ bundan sonra 30, 50 il,
Görüm vətənimdə sağ Vidadini.
 
Daim haqq yolunda düz olubdu, düz,
Bir ziyalı kimi üz ağardıb, üz.
Zəlimxansayağı söz danışır söz,
Misli- bərabəri yox Vidadinin.
 
Sadələr sadəsi, öymür özünü,
Yalan nə danışım deyim düzünü.
Ona görə yazdım mən bu yazımı,
Gördüm ki, xalq sevir, xalq Vidadini.
 
 
Türk övladıyam
(Mən təkcə Borçalıdan deyiləm,həm Qarabağlıyam, həm də türkəm…
-deyən Vidadi Orucovun dilindən)
 
 
Təkcə Borçalıdan deyiləm, qardaş,
Şuşalı, Təbrizli oğulam, yoldaş.
Eşit, əziz dostum, deyirəm birbaş,
Təpədən dırnağa türk övladıyam!
 
Anam Nigar, atam igid Koroğlu,
Sözümdə səmimi olmuşam doğru.
Biz belə böyüdük şair, eloğlu,
Təpədən dırnağa türk övladıyam!
 
Türkçülük damarda axan qanımdı,
Məni düşündürən Vətən canımdı.
Bütöv Azərbaycan adım, sanımdı,
Təpədən dırnağa türk övladıyam!
 
Kasıba-kusuba çörək vermişəm,
Namərd də görmüşəm, mərd də görmüşəm.
Car çəkib dünyaya bəyan etmişəm,
Təpədən dırnağa türk övladıyam!
 
Mən kimi kimsədən ayırmamışam,
Ac görüb bir varlı doyurmamışam.
Bu ömrü şərəflə düz yaşamışam,
Təpədən dırnağa türk övladıyam!
 
Müəllif:
Fuad Biləsuvarlı
https://www.youtube.com/watch?v=_WmTLb2i-8A&feature=youtu.be&fbclid=IwAR3eAyOaWV77huOwIHSFq13G3rxkjUqCk2aZJSBLvqIxxHWBsHimgc7Ferc
XMA Header Image
Share: