Tonoyan getdi: ermənilər yeni müharibə istəyir? – Korotçenko

Nikol Paşinyan David Tonoyanı Ermənistanın məğlubiyyətinin əsas səbəbkarı kimi təqdim etməyə çalışır.

Müstəqil.Az  xəbər verir ki, bu barədə məşhur rusiyalı hərbi ekspert İqor Korotçenko “Vestnik Kavkazka” nəşrinə Ermənistan hökumətində çoxsaylı istefalar barədə danışarkən deyib.

“Ermənistanın baş nazirinə müxalifət partiyaları tərəfindən tənqidlər gücləndi, buna görə də Paşinyan özü üçün məğlubiyyət səbəbkarını tapdı.

Halbuki hazırda Ermənistanın müdafiə nazirindən heç nə asılı deyil. Ermənistan müharibəni uduzdu, faktiki kapitulyasiya aktı imzalandı. Nikol Paşinyanın əvəzində başqası olsa belə, bu, Azərbaycanın hərbi qələbəsini ləğv etməyəcək. Ermənistanın müharibəni davam etdirmək üçün nə resursu var, nə də imkanı. Bilirik ki, müharibənin hələ ilk günlərində Ermənistan ordusunda çoxsaylı fərari var idi. Bu, Ermənistan cəmiyyətinin müharibəni aparmaq istəmədiyinin və apara bilmədiyinin parlaq nümunəsidir”, — Korotçenko bildirib.

Müstəqil.Az

Avast Satın Al

Share: