Şuşamın dağlarında xəyal -xəyal dolandım – Əsmər Bağırova

AZADDIR QARABAĞIM!
Vətən boyda səbrim var ürəyimin başında ,
Saxlamışam ümidlə gözlərimin yaşında .
Yazılıb Qarabağın torpağında, daşında
Şəhidlərin qanıyla – “Azaddır Qarabağım!”
 
Müjdəli xəbərlərin gəlir ətri, qoxusu,
Həsrətli gözlərimin ərşə çıxıb yuxusu.
Tarixə düşür adı, yoxdu ölüm qorxusu
Yazılır qızıl qanla- “Azaddır Qarabağım”!
 
Şuşamın dağlarında xəyal -xəyal dolandım ,
Laçın kimi diyarın yollarına boylandım .
Çırpınır arzularım, Qələbədir son andım .
Kəlmə -kəlmə dolaşır ürəyimdə, dilimdə-
“Azaddır Qarabağım!, “Azaddır Qarabağım!”
 2020ş noyabr
BAYRAĞIM!
Ey üçrəngli bayrağım, sabaha nur, işığım!
Ay -ulduzu sinəndə, vətənə yaraşığım.
Döyüş meydanlarında savaşım, barışığım!
Dalğalan, əzəmətli gücünə qurban olum!
 
Dalğalan, vətənimin ən uca zirvəsində,
Dalğalan, yarandığın bu günün haqq səsində!
Sən şanlı diyarımın fəxrisən, qürurusan,
Dalğalan,qazandığın zəfərə qurban olum!
 
Qatmısan al rənginə şəhidlərin qanını,
Varlığınla alırsan düşməninin canını!
Ucaltdın zirvələrə adını, amalını ,
Dalğalan, yaşatdığın birliyə qurban olum!
 
 
Şanlı ordumla birgə düşmənə gərib sinə ,
Addım-addım sancıldın Qarabağın köksünə!
Sənsən Azadlıq eşqum, sənsən sevgim Vətənə!
Dalğalan! Yaratdığın sevginə qurban olum!
2020 12 noyabr
AZƏRBAYCAN ƏSGƏRİ!
Ali Baş Komandanın ətrafına toplaşıb
Yumruq kimi birləşdi Azərbaycan əsgəri!
üç rəngli bayraq əldə zəfərə doğru gedir,
Atılıb döyüşlərə inamla irəliləyir-
Qələbəyə can atır Azərbaycan əsgəri!
 
Şuşa kövrəlib yaman, Zəngilanım həsrətdə,
Kəlbəcərim, Laçınım boylanır əsarətdə.
Zaman o zaman oldu, qalmayassız qürbətdə!
Atılıb döyüşlərə inamla irəliləyir,
Qələbəyə can atır Azərbaycan əsgəri!
 
Oxusun xarıbülbül,səslənsin Xanın səsi,
Çallnsın Şuşamızda Qarabağ Şikəstəsi!
Arzusu , istəyi bir ,Vətəndir hər kəlməsi!
Atılıb döyüşlərə inamla irəliləyir-
Qələbəyə can atır Azərbaycan əsgəri!
 
Sancılsın zirvəsinə əzəmətli bayrağım ,
Dalğalansın qoynunda, sevinsin cənnət bağım,
Səs salsın kaianata azaddır Qarabağım!!!
Arzusu ürəyində inamla irəlləyir-
Qələbəyə can atır Azərbaycan əsgəri!
Qələbəyə can atır Azərbaycan əsgəri!
07.10.2020
ŞƏHİDİM
(Şəhid Dövlətzadə Cəbrayıl Dövlət oğlunun şərəfinə)
 
Köksündə döyünən ürəyə qurban,
Qarşında baş əyir cahan,şəhidim!
Sinəni düşmənə sipər eylədin,
Şanlı zəfərinə qurban,şəhidim!
 
Tutduğun yol Mübarizin yoludur,
Şanlı vətən övladının yoludur.
Şəhidliyin müqəddəslik zirvəsi,
Müqəddəs andına qurban,şəhidim!
 
Zəfər toxumundan çiçəklər açmış,
Ürəyində vətən adlı sevdan var.
Keçdiyin yolların tarixi yazmış,
Tökülən qanına qurban şəhidim !
 
Şığıyıb qartal tək üstünə çökdün,
Düşmənin bağrını yardın şəhidim!
Qəhrəman dövlətə bir igid oldun,
Şanlı soyadına qurban şəhidim!
 
Boz qurd harayıdır,qanı türk qanı,
Səs salıb aləmə Cəbrayıl şanı.
Bir daha tanıtdın Azərbaycanı,
Adına-sanına qurban şəhidim !
2020, noyabr
 

Əsgər anası

Vətənə əmanət oğul böyütdün,
Başın uca olsun, əsgər anası!
Uğrunda canını versə də qurban,
Ağlama, möhkəm ol, əsgər anası!
 
Vardır ürəyində vətən sevgisi.
Rəşadət göstərir oğlun, ay ana !
Yayılır aləmə qələbə səsi,
Vətənə müjdəsin verir, ay ana!
 
Vətən torpaqları əmanətidir,
Canıyla,qanıyla qoruyur onu.
Düşmənə geydirib ölüm köynəyi
Önündə başını əydirir,ana !
 
Üzü Qarabağa yol alıb gedir,
Gedir əllərində zəfər bayrağı!
Gedir ürəyində qələbə əzmi,
Əyilib qürurla öpür torpağı!
 
Fəxr elə, ay ana, ey Ana Vətən!
Fəxr elə qəhrəman igidlərinlə!
Fəxr elə vətəni, torpağı sevən,
Ölümsüz zirvədə şəhidlərinlə!
07.10.2020
Share: