İrəvanda Qarabağ müzakirəsi: MM-də mübahisə yarandı

Ermənistan parlamentində Qarabağ bəyanatıyla bağlı aparılan müzakirələrdə mübahisə yaşanıb.

Müstəqil.Az xəbər verir ki, mübahisə Ermənistan müdafiə nazirinin müavini Qabriyel Balayanla bitərəf deputat Arman Babacanyan arasında yaşanıb.

Babacanyan çıxışı zamanı Müdafiə Nazirliyinin hazırkı rəhbərliyinin iştirakı olmadan antiböhran planının reallaşdırılması gərəkdiyini bildirib. O, həmçinin müdafiə naziri David Tonoyanı mafioz, klançı adlandırıb və onun vəzifəsindən getməli olduğunu deyib.

Bundan sonra Balayanla Babacanyan arasında söz atışması olub.

Share: