Sabah xalq artistimizlə vida mərasimi keçiriləcək

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan paytaxtımıza yola salınacaq.

Bu barədə onun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
O bildirib ki, Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək. Yas mərasimi isə Heydər Məscidində baş tutacaq.

Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Rafiq Hüseynov uzun müddətdir xərçəngdən əziyyət çəkirdi

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir