Əgər İrəvan Qarabağ razılaşmasından imtina etsə… – Putin

Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi bu ölkə üçün özünəqəsd olar.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Rossiya-24-ün efirində deyib.

“Əlbəttə, Baş nazir Paşinyan üçün ağırdır, ancaq o, real mənzərəni bilir. Üçtərəfli bəyanatımızı imzalayanda olduğu kimi, o, bugünkü həqiqi mənzərəni, işin həqiqi vəziyyətini açıqlayıb. Heç nə əlavə etmək istəmirəm. O, bütün həqiqəti söylədi”, – Putin bildirib.

Putinin sözlərinə görə, razılaşmaya əməl edib-etməmək hər bir ölkənin öz əlindədir, ancaq öhdəlikləri yerinə yetirməmək böyük bir səhv olardı:

“Ümid edirəm ki, bu baş verməyəcək”.

Müstəqil.Az

 

 

Share: