Ermənilər yasa batmalı deyil, bayram etməlidir

Faşist ruhlu ermənilər yenə tumanlarını başlarına çəkib, məzlum xalq imici formalaşdırmağa başlayıblar. Deyirlər, 8 ölkə birləşib bizi məğlub etdi, işğala məruz qoydu.

Təbii, xəstə təfəkkürlü düşməndən başqa açıqlama gözləmək olmazdı. Həyasızlığı təsəvvür edirsiniz? Ermənilər bizi işğalda günahlandırır. Amma bütün dünya da bilir ki, biz sadəcə öz ərazi bütövlüyümüzü bərpa etmişik.

Ermənistan faşist siyasəti yürüdür. Necə ki, Almaniya İkinci Dünya müharibəsində (II DM) qonşularının ərazilərini işğal edib, qətliam aktları həyata keçirirdi, eyni şeyi Ermənistan da edirdi. Ermənilər Azərbaycan torpaqlarını işğal etmişdilər və imkanları olsaydı, daha çoxunu edərək, Gürcüstandan, Türkiyədən, Rusiyadan, İrandan ərazi qoparardırlar. Eynilə faşist Almaniyasının II DM-də qonşuları Niderland, Polşa, Avstriya, Fransa və başqa ölkələrdən ərazi qopardığı kimi.

Azərbaycan II DM-də SSRİ və Qərbin həyata keçirdiyi missiyanın bənzərini 2020-ci ildə öz üzərinə götürdü və təkcə işğaldakı torpaqlarını azad etmədi, həm də faşist düşmənin başından elə zərbə vurdu ki, o, bir də qonşularının ərazisinə göz dikməsin.

Diqqət edin: II DM ərəfəsində Almaniyanın Avstriyanı özünə birləşdirmə siyasəti “Anşluss” adlanırdı. Bənzər siyasəti – Qarabağı Ermənistana birləşdirmək məsələsini (“Miatsum” adlanırdı) 80-lərin və 2010-ların sonunda Ermənistan gündəmə gətirmişdi.

İki “birləşdirmə” və iki fiyasko.

Gəlin Ordumuzun zəfəri ilə bitən Vətən müharibəsinə bir qədər fərqli aspektdən yanaşaq. Ermənilər deyirlər ki, məğlub olduq. Bəli, biz erməniləri məğlub etdik – amma bu məğlubiyyət onların işğal siyasəti nəticəsində ortaya çıxdı.

Faşistlə necə danışmaq lazım olduğunu II DM-də gördük: bütün dünya birləşdi, işğalçını beşiyində – Berlində boğdular. Ancaq indi bütün dünya birləşdi ki, işğalçını – Ermənistanı Azərbaycan İrəvanda boğmasın.

Bu baxımdan ermənilər toy-bayram etməlidirlər ki, illərlə yox, onillərlə apardıqları qətliamların, soyqırımlarının, işğalların əvəzində Azərbaycanın tarixi torpaqları hesabına onlara qurulan dövlət heç nə itirmədi, Ermənistan tarixdən silinmədi.

Bunu ermənilər bayram etməlidir, sevinməli, şükür etməlidirlər!

Torpaqlarımızdan isə rədd olub, bir daha işğal eşqinə düşməməlidirlər.

Əgər bir də Qafqazda sülhə təhdid yaratsalar, onda Azərbaycanın tarixi torpaqları hesabına sahib olduqları dövlət – Ermənistan tarixin zibilliyinə gömüləcək.

Bax, ermənilər əsl məğlubiyyəti onda görəcəklər!

Şeyx Teymur

Share: