Azad edilmiş ərazilərə polis şöbələrinin köçürülməsinə başlanıldı (VİDEO)

Xocavənd RPİ Hadrut qəsəbəsində

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanından irəli gələn məsələlərin icrasına Daxili İşlər Nazirliyi tərəfindən artıq başlanılıb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib.

İşğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlara da polis şöbələrinin yerləşdirilməsi fərmana uyğun olaraq davam etdirilir.

Share: