Ermənistanda “müxaliflərin gecə ovu” başladı

Hazırda müxaliflərin Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılması qərarını vitse-premyer Tiqran Avinyan verir.

Müstəqil.Az xəbər verir ki, bu barədə erməni mediası yayıb. Xəbərdə bildirilib ki, buna səbəb MTX rəhbərinin kardioloji xəstəxanada müalicə almasıdır.

“Avinyanda saxlanılmalı şəxslərin siyahısı var. Bu siyahıda isə təxminən bütün müxalif siyasi elitanın adı əks olunub”, – məlumatda iddia edilib.

“Analitik.am” saytı Çiçəklənən Ermənistan Partiyasının deputatlarının bu gecə saxlanılacağını yazıb.

Bununla bərabər, müxaliflərə qarşı “dövlət çevrilişi” ittihamı ilə cinayət işinin qaldırılacağı gözlənilir.

Qeyd edək ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı məlum Bəyanatından sonra erməni müxalifəti hakimiyyətə qarşı kəskin etirazlara və istefa tələblərinə başlayıb. Hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın harada olduğu bilinmir, hökumət isə böhrandan çıxış yolunu həbslərdə görür.

Müstəqil.Az

Share: