Neftçalanın Qoltuq kəndi şəhidini qoynuna aldı

Ermənistanla aparılan II Qarabağ savaşında  əldə olunan parlaq qələbə igid oğullarımızın qanı bahasına başa gəldi.

Məhz buna görə də bu qələbənin sevinci ilə yanaşı ağrısını da çəkirik. Təki Vətən yaşasın, deyib düşmənlə savaşda  oğullarımız misislsiz qəhrəmanlıq göstərdilər. Vətən uğrunda tökülən qanları  torpaqlarımızı daha müqəddəs etdi. Belə oğullarımızdan biri də torpaqlarımızın bütövlüyü uğrunda şəhadətə qovuşmuş xüsusi təyinatlı dəstənin baş leytenantı, qəhrəman döyüşçümüz Xəyyam Əzizovdur.

Şəhidimizin qardaşı,  AXDG QSC XDND idarəsinin “Zirə” gəmisinin elektrik mexanniki olan Rəfael Əzizovun iş yoldaşlarının Müstəqil.Az-a verdiyi məlumata gərə şəhidimiz Neftçala rayonun Qoltuq kəndində anadan olub.  Xüsusi təyinatlı dəstənin zabiti olan şəhidimiz Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məkanı cənnət olsun! Qarabağ Azərbaycandır!

Tural B.

Share: