Yoluxanların sayı 600-ə düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 635  yeni yoluxma faktı qeydə alınıb,  503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada  12 nəfər COVID-19-dan vəfat edib.

 

Share: