Prezidentimizin və onun Rövşən Bağırov kimi işinə vicdanla, məsuliyyətlə yanaşan nümayəndələrinin ətrafında birləşməliyik…

TƏŞƏKKÜRLƏR, RÖVŞƏN MÜƏLLİM
Bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Lerikdə də özünü qabarıq şəkildə büruzə verir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin imzaladığı Dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi bu ucqar dağ rayonunun uğurlarını sürətləndirən əsas məqamlardır.
Son illərdə ölkə başçısı tərəfindən aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Lerikdə də insanların rifahının yaxşılaşması ilə müşayiət olunur. Prezidentin regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu gün rayonumuzda infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Rayonda aparılan genişmiqyaslı abadlıq-tikinti işləri sürətlə davam etdirilir.Butün bu işlər isə rayonumuzun icra başcısı, möhtərəm prezidentimizin səlahiyyətli nümayəndəsi Rövşən Bağırovun bilavasitə çalışqanlığı və işinə olan məsuliyyəti sayəsində həyata keçməkdədir.
Rövşən müəllim özünün şəxsi təşəbbüsü ilə də gələcək nəsillər üçün örnək ola biləcək, yaddaqalan və çox xeyirxah işlərə imza atır.Bunlardan biri də babam, Boyük Vətən müharibəsi qəhrəmanı Şıxəliyev Feyruz Əmrəli oglunun xatirəsini əbədiləşdirməsi məqsədi ilə gördüyü işlərdir.
Rövşən müəllimin babamın barelyefinin hazırlanması və  Kələxan kənd orta məktəbinə vurulması üçün şəxsən təşəbbüs göstərməsi bütün kənd sakinlərinin sevincinə səbəb olmuşdur.Bu, eyni zamanda həm də 2-ci dünya müharibəsi iştirakçılarının xatirəsinə olan ehtiramın bariz nümunəsidir.Belə qəhrəmanların ruhuna daim sayğı göstərən hörmətli Rövşən müəllim doğma vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin də xatirəsini əbədiləşdirmək üçün lazım olan bütün işləri görür, şəhid ailələrinə hər mövzuda dəstək nümayiş etdirir.Biz də bu örnək davranışlardan nümunə götürüb bu gün Azərbaycanı bütün müstəvilərdə və sözün əsl mənasında dünyada tanıdan dəyərli Prezidentimizin və onun Rövşən Bağırov kimi işinə vicdanla, məsuliyyətlə yanaşan nümayəndələrinin ətrafında birləşməliyik.Həm də hər zamankından daha çox və sıx – inciklikdən, qərəzdən, iftiradan uzaq bir şəkildə…
Yazımın sonunda məni çöx hörmətlə qəbul edib dinlədiyinə görə həm öz adımdan, həm də ailəmiz adından Lerik rayon İB Rövşən müəllimə təşəkkürümü bildirir, ona bundan sonrakı fəaliyyətində də uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Ramin Şıxəliyev,
Akademik Milli Dövlət Dram Teatrının aktyoru,Prezident mükafatçısı.
Bakı şəhəri,4 noyabr 2020-ci il
Müstəqil.Az
Share: