İzmirdə həlak olanların sayı 92-yə çatdı

İzmirdə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb.

Müstəqil.Az Publika.az-a istinadla  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar zamanı yaralananlardan 147 nəfərin müalicəsi davam edir.

Xatırladaq ki, oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə şiddəti 1-5,1 bal arasında olan 1230 afterşok qeydə alınıb.

Share: