Dənizçilər Ali Baş Komandana təşəkkür məktubu ünvanladı

 “Şahdağ” gəmisinin heyəti Ali Baş Komandana müraciət etdi

 

Azərbaycan Ordusunun “Vətən müharibəsi” adlandırdığımız II Qarabağ savaşında göstərdiyi misilsiz qəhrəmanlıq hər kəsin qəlbində sevinc hisslərinə səbəb olur. Rəşadətli Ordumuzun cəmi bir ay ərzində erməni işğalında olan torpaqlarımızın müəyyən hissəsini azad etməsi mənfur düşmənin üzərində qələbəmizin heç də uzaqda olmamasından xəbər verir. Milyonlarla insan Ordumuzun və Ali Baş Komandanın şücaətindən fəxrlə danışır.

“Dənizçilərə Sosial Dəsətək” İctimai Birliyinin və birliyin üzvü olan dənizçilər Ordumuzun qazandığı  qələbədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan qürurlanır və arxa cəbhədə görəvlərinə düşən işləri daha çox ləyaqətlə, vicdanla yerinə yetirir.

“DSD” İB-nin sədri, gəmi Kapitanı, şair-publisist Faiq Balabəylinin mütəmadi olaraq cəbhə bölgəsində olması, əsgər və zabitlərimizə dənizçilərimizin və onların ailə üzvlərinin yardımlarını çatdırması dənizçilərimizin  ordumuzla bir nəfəs aldığından xəbər verir.

Dünyanın müxtəlif sularında üzən dənizçilərimiz əldə olunan qələbəyə sevinir, buna görə də salamlarını və təşəkkürlərini cənab Ali Baş komandana çatdırırlar. 

Xəzər hövzəsində üzən, neft sənayemizin inkişafında və istismarında xüsusi rolu olan AXDG QSC XDND idarəsinin T/G “Şahdağ” gəmisinin heyəti Ali Baş Komandana ünvanladıqları minnətdarlıq məktubunda da bu sevinc və minnətdarlıqdan bəhs olunur. “DSD”İB-nin elektron ünvanına gəminin kapitanı Zaur Novruzovun imzası ilə göndərilən məktubda deyilir:
Cənab Ali Baş Komandan! Bu məktubu yazmaqda məqsədimiz Azərbaycan dənizçilərinin yüksək inamını və dərin minnətdarlığını Sizə çatdırmaqdır.

Biz dənizçilər Sizin komandanlığınız altında Ordumuzun qazandığı hər bir nailiyyətə sevinir və daima Sizin, Ordumuzun, xalqımızın yanında olaraq Sizi dəstəkləyirik. Vətənpərvər dənizçilər sizin bütün dünyaya verdiyiniz mesajlara sevinir və bundan qürur hissi keçiririk.
Hər an əlimizdə silah Vətənin müdafiəsində dayanmağa, döyüşlərə qatılmağa hazırıq.

Var olsun, cənab Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərnbaycandır.”

Səudiyyə Ərəbistanında, BƏƏ-də, Sinqapurda, Qətərdə, Abu-Dabidə, Türkiyədə və digər xarici ölkələrdə işləyəm dənizçilərimizdən uzaq səfərlər kapitanları, Nazim Həbibov, Feyruz Abduləzimov, Ramiz Hüseynov, Feyzulla Əliyev, Valeh Ağabalayev, Emin Süleymanov, Fərhad Şahpələngov, Qüdrət Məhərrəmov, Şakir Məmmədov, Araz Soltan Həsənov, Asəf Paşayev, baş mexanniklər Mehti Yusifov, İlqar Əhədov, Malik Mikayılov və başqaları da orduya etdikləri yardımlarla yanaşı, cənab Ali Baş Komandana və rəşadətli Ordumuza ürəkdən minnətdarlıqlarını bildirirlər:
Cənab Prezident, biz xaricdə işləyən dənizçilər birinci qarabağ savaşının veteranları və 20 yanvar faciəsi zamanı Bakı buxtasında gəmilərimizin rus-sovet ordusuna qarşı göstərdikləri misilsiz qəhrəmanlıqların iştirakçısıyıq.
Bu gün Vətəndən uzaqda olsaq da, ürəyimiz və ruhumuz Vətən torpağnda gedən savaşlardadır. Biz sizin kimi Ali Baş Komandanın əsgəri olmağımızdan fəxr duyuruq və hər an döyüşə hazırıq. Yaşasın Ali Baş komandan.”
Müstəqil.Az

Share: