Kreml Kadırovun Makron haqda tənqidindən xoşlanmadı – Peskovdan xatırlatma

Rusiyanın xarici siyasətində prezidentin formalaşdırdığı xətt rəhbər tutulmalıdır.

Qaynarinfoxəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Fransa Prezidenti Emmanuel Makrona qarşı sərt sözləri ilə bağlı sualı cavablandırarkən deyib.

Peskov Rusiya qanunvericiliyində ölkənin xarici siyasətinin müəyyən edilməsində prezidentin aparıcı rolunu müəyyənləşdirdiyini söylədi:

“Federasiya subyektlərinin rəhbərləri xarici siyasətlə məşğul ola bilməzlər. Üstəlik də onlar xarici siyasəti formalaşdırmır, onunla bağlı qərar vermirlər…”

Xatırladaq ki, Çeçenistanın başçısı Ramzan Kadırov Makronu Məhəmməd peyğəmbərin karikaturalarının yayılmasını dəstəkləməklə “insanları cinayət törətməyə məcbur etməkdə” günahlandırıb: “Fransa Prezidentinin özü indi bir terrorçuya oxşamağa başlayır. O, təxribatları dəstəkləyərək gizli şəkildə müsəlmanları cinayətlərə səsləyir. Makron peyğəmbərin karikaturalarının möminlər tərəfindən ağrıyla qəbul edildiyini bilməlidir. Ancaq o öz hərəkətləri ilə, hər hansı bir adekvat liderin etməsi lazım olduğu kimi etmir, əksinə atəşi söndürməkdənsə körükləyir”.

 

Alpər

Share: