Dünya şöhrətli fotoqraf erməni terrorunun qurbanı olan yeddi yaşlı Aysunun məzarı başında – VİDEO

 

Ötən gün Ermənistanın silahlı qüvvələri Bərdənin Qarayusifli kəndini “Smerç” tipli raketlərdən atəşə tutub.

Baş verən hadisə nəticəsində, biri azyaşlı Aysu İsgəndərova olmaqla, dörd nəfər həlak olub, 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Tanınmış fotoqraf Reza Deqati Aysunun məzarı üstündə video çəkib.

Videoda bildirilir ki, yeddi yaşlı Aysu bağda güllərin arasında oynayarkən kasetli bomba ilə vurulub:

“İndi burada məzarına güllər düzülüb”.

Share: