Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysu – Foto

Xəbər verdiyimiz kimi, Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

“Qafqazinfo”nun məlumatına görə, erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.

Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-ə çatıb.

7 yaşlı Aysunun fotosunu təqdim edirik:

 

 

 

Share: