Türkiyədə terror aktı – YENİLƏNDİ

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu partlayışdan sonra özünün tvitter hesabından açıqlama yayıb.

 

“Afərin qəhrəmanlarımıza. Hər ikisi də ələ keçirilib. Ətraflı məlumat verəcəyik” – deyə polisi təbrik edib.

 

23:13

Türkiyənin Hatay vilayəti, İskəndərun rayon mərkəzindəki Pac Meydanı yaxınlığında partlayış baş verib.

 

Müstəqil.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İskəndərun rayonunda polis qrupları alınan məlumat üzrə bir avtomobili təqib edib.

Terrorçular polis bölməsinə hücum etmək istəyib. Avtomobildə olan iki terrorçu ilə polis qrupları arasında qarşıdurma yaşanıb. Münaqişə zamanı iki terrorçudan biri özünü partladıb. Nəticədə İskəndərun polis rəisinin müavini yüngül xəsarət alıb.

 

Hatay valisi Rəhmi Doğan partlayışla əlaqədar açıqlama verib.

 

“Payas nəzarət-buraxılış məntəqəsindəki təhlükəsizlik qüvvələrimiz tərəfindən şübhəli bilinən 2 terrorçudan biri təqib nəticəsində İskəndərunda zərərsizləşdirildi və bu müddət ərzində partlayış baş verdi. İnsan itkisi yoxdur. Əməliyyat davam edir. İctimaiyyət məlumatlandırılacaq”, – deyə vali bildirib.

 

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi iki gün əvvəl İstanbulda terror hücumu ola biləcəyi barədə təhlükəsizlik xəbərdarlığı etmişdi. Xəbərdarlıqda ABŞ-ın Ankara, İstanbul, Adana və İzmirdəki bütün nümayəndəliklərinin vəzifələrinin müvəqqəti dayandırıldığı bildirilib. Hücumun xəbərdarlıqdan iki gün sonra baş verdiyi diqqətdən qaçmayıb.

 

22:43

Türkiyədə partlayış olub.

 

Müstəqil.az xəbər verir ki, Türkiyə saytlarına istinadla xəbər verir ki, hadisə Hatayın İskəndərun rayonunda baş verib.

 

Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

 

Partlayışın hansı səbəbdən baş verməsi barədə hələlik heç bir açıqlama verilməyib.(Modern.az)

Share: