Murad Köhnəqala: “fars ideologiyasına görə bir türk kişisi öz vətəni uğrunda igidlik göstərə bilməz”

Müstəqil.Az tanınmış şair Murad Köhnəqalanım statusunu olduğu kimi təqdim edir. Xatırladaq ki, bir müddət qabaqda şair təxminən belə bir status yazmış, qəhrəmanlarımızın torpaq uğrunda qazandıqları uğurları kənar qüvvəlrin adına yazılmamasını istəmişdi:

 

“DİQQƏT! DİQQƏT! DİQQƏT!

Dostlar, ötən statuslarımın birində azad edilən torpaqlarımızda azan verilməsinin, apardığımız savaşa dini don geyindirilməsinin əleyhinə olduğumu bildirmişdim. Fikrimcə, beynəlxalq hüququn icazə verdiyi sivil qanunlarla apardığımız bu davaya dini çalar qatsaq, erməni işğalından azad etdiyimiz bu torpaqlar uğrunda ölkəmizə ayrı-ayrı qüvvələr tərəfindən din ixrac edən ölkələrlə də yenidən savaşası olacağıq.

Məlumunuz olsun ki, vaxtilə iranyönümlü qüvvələr Milli Qəhrəmanımız Mübariz İbrahimova da seyyid adı yamayaraq onun qəhrəmanlığını dinlə bağlamağa nail oldular. Bunu nə üçün etdilər? Çünki fars ideologiyasına görə bir türk kişisi öz vətəni uğrunda igidlik göstərə bilməz. Guya, qəhrəmanlığı yalnız imamsöyün aşiqi eləyə bilər. Dərindən düşünə bilməyənlərə deyirəm, Mübarizin baş daşına yazılan seyyid sözü biz türklər üçün alçaldıcı bir motivdi. Bu simptom güneydəki və quzeydəki azərbaycanlılara hesablanan ruhdan salma ideologiyası, alçaq fars konsepsiyasıdır. Təssüf edirəm ki, Mübariz məsələsində cəmiyətimiz həmin satqın qüvvələrə lazım olan təpkini vermədiyi üçün onlar digər qəhrəmanımızgeneral Polad Həşimova da əl uzatdılar. Belə ki erməniyə əlaltdan dəstək verən bu farslar Polad Həşimovun adından saxta yazışma düzəldərək onun guya “ağam imamsöyünlə görüşəcəm” kimi yalançı skrinlərini yaydılar.

Demək istəyirəm ki, mənim “azad olunmuş torpaqlarda azan-mazan lazım deyil” sözlərim bir çoxlarının yozduğu kimi alkaş yazıçı dumkası yox, ayıq bir ziyalı mövqeyidir. Düşünürəm ki, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi bu cür taleyüklü məsələləri nəzarətdə saxlamalıdı.”

Müstəqil.Az

 

Share: