“General Həzi Aslanov” neft tankerində partlayış

Azov dənizində “General Həzi Aslanov” neft tankerində partlayış olub, 3 dənizçi itkin düşüb

Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində baş vermiş yanğından sonra iki dəfə partlayış olub.

Müstəqil.Az bildirir ki, APA RİA Novosti-yə istinadən buhaqda  xəbər verib ki, bu barədə də Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib.

FHN-in Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumata görə, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.

Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker “Qafqaz” limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Müstəqil.Az

Share: