Ermənistan ordusunu Qarabağdan çıxarmalıdır – Rus general

Döyüşlər birmənalı olaraq Azərbaycanın Respublikasının ərazisində gedir.

Müstəqil.Az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin general-leytenantı, hərb elmləri namizədi Yevgeni Bujinski “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişində deyib.

O bildirib ki, daimi olaraq döyüşmək mümkün deyil.

“Bütün hallarda kompramisə gəlmək lazımdır. Ermənistan mərhələli şəkildə hərbi birliklərinin Qarabağdan çıxarılmasına başlamalıdır. Hərbi nöqteyi-nəzərdən Azərbaycan Ordusunun potensialı Ermənistan ordusunun imkanlarından daha çoxdur”, – general deyib.

Müstəqil.Az

Share: