Partiya sədri: “status-kvo vəziyyətinin işğalçı Ermənistanın xeyrinə davam etməsinə dəstək verib”

Rəsmi Bakının bu gün Vaşinqtondakı görüşlərdən hər hansı bir irəliləyiş, nəticə gözləməməsini tamamilə təbii hesab edirik. Çünki Minsk Qrupunun digər həmsədrləri kimi ABŞ-ın da problemin sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər indiyə qədər heç bir səmərə verməyib.

Müstəqil.Az bildirir ki, bunu Vaşinqtonda baş tutan ABŞ- Azərbaycan və Ermənistan 3 tərəfli görüşü şərh edərkən  Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

O, əlavə edib ki, ümumiyyətlə, həmsədrlərin fəaliyyəti turistik səfərlər çərçivəsi ilə kifayətlənib. Onlar problemin həllinə yox, işğalın, status-kvo vəziyyətinin işğalçı Ermənistanın xeyrinə davam etməsinə dəstək veriblər.

30 il də danışıq olar? Xalqımız düz 30 il bu həmsədrlərdən ədalətli mövqe gözləyib. Azərbaycan
diplomatiyası 30 ildir müzakirələr aparır ki, problem çözülsün, torpaqlarımız işğaldan azad edilsin. Lakin
Minsk Qrupunun vasitəçiləri daim buna mane olublar. Odur ki, indiyə qədər aparılan danışıqların heç bir
nəticə verməməsinin və bu qədər qan tökülməsinin məsuliyyəti həmçinin Minsk Qrupu həmsədrlərinin
üzərinə düşür.

Onlar bu məsuliyyətdən qaça bilməzlər və nəticəsiz danışıqları bundan sonra da davam etdirməklə bizim
haqq işimizə mane olmağa, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda
apardığı mücadiləni dayandırmağa ixtiyarları yoxdur. Həmsədrlərin "sülhpərvər"liyi tələdən başqa bir şey
deyil.
Müstəqil.Az

Share: