Donald Tramp koronavirus peyvəndinin yaxın həftələrdə hazır olacağını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların koronavirus əleyhinə peyvəndi bir neçə həftə ərzində hazır olacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Peyvənd gəlir, o hazırdır, onu həftələr ərzində elan edəcəklər”, – Tramp prezidentliyə namizəd Co Baydenlə debatda deyib.

“Bu zəmanət verilməmişdir (peyvənddir-red)”, – dəqiqləşdirici suala cavab olaraq Tramp etiraf edib. Ancaq onun sözlərinə görə, peyvəndin ilin sonundan tez hazır olacağı şansı var.

ABŞ prezidenti vaksinlərin istehsalçıları arasında J&J, “Moderna” və “Pfizer” şirkətlərinin məhsullarının bəyənilmiş ola biləcəyini qeyd edib.

 

 

Müstəqil.Az

Share: