Partiya sədri: “Ermənistan dövlətinin faşist və terror üzü”

Dövlət başçımızın Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu sübut etdi ki, Azərbaycan tərəfi münaqışənin sülh yoluyla nizamlama prinsiplərinə hər zaman sadiq olub və işğalçı, terrorçu Ermənistandan fərqli olaraq bir sivil dövlət kimi üzərinə düşən öhdəlikləri
yerinə yetirməyə həmişə hazırdır.

Bəllidir ki, Moskva danışıqlarından sonra da Azərbaycan öz üzərinəgötürdüyü öhdəlikləri birtərəfli qaydada yerinə yetirməyə davam edir və münaqişənin dinc yolla, sülhyolu ilə həllinə üstünlük verir. Lakin danışıqlardan heç 24 saat keçməmiş Ermənistan silahlı qüvvələri gecə vaxtı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmaqla misli görünməmiş terror hadisəsi törətdi. Bu terror aktı nəticəsində bizim çoxlu sayda mülki sakinlərimiz həlak oldu. Ölən və yaralanan insanlararasında körpə uşaqlar, qocalar və qadınlar çoxluq təşkil edir. Bax budur ermənilərin gerçək üzü, Ermənistan dövlətinin faşist və terror üzü!

Biz ermənilərin uşaq və qadın qatili olduqlarını onsuz da yaxşı bilirdik. Xocalı qətliamı buna əyani
misaldır. İndi qoy bütün dünya ictimaiyyəti də erməni vəhşiliklərini görsün və bilsin. Hərçənd ki, dünya
birliyi elə o zaman da Xocalıda baş verən dəhşətli soyqırıma biganə yanaşmışdı. Amma ümid edirik ki, bu
biganəlik bizim günlərdə bir daha təkrarlanmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi real döyüş
meydanında məğlubiyyətlərini ört-basdır etmək üçün mülki sakinlərimizi hədəf alır. Bu isə hərbi
cinayətdir. Vəziyyətin bu cür qaynar fazaya daxil olmasında Azərbaycanın təqsiri yoxdur. Bütün təqsir
işğalçı siyasət yürüdən hazırki Ermənistanın rəhbərliyinin üzərinə düşür. Ermənistanın baş naziri Nikol
Paşinyan vəziyyətin bu həddə çatmasında şəxsən günahkardır.

Prezident İlham Əliyev TASS-ın müxbirinə müsahibəsində tamamilə haqlı olaraq qeyd etdi ki, Ermənistan
tərəfi heç bir beynəlxalq konvensiyaları və qanunları tanımır, əldə olunan humanitar atəşkəsin
prinsiplərinə belə məhəl qoymaq istəmir. Bəli, biz 30 il gözlədik ki, işğal altında olan torpaqlarımızı sülh
yolu ilə, qarşılıqlı kompromis yolu ilə azad edək. Ermənistan tərəfi isə daim məsələnin həllini uzadaraq
imitasiya edirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu imitasiyalara, bu hiyləgər diplomatiyaya birdəfəlik
son qoydu və indi torpaqlarımızı işğaldan azad edir.

Fikir verdinizsə, Ordumuzun azad etdiyi əraziləridə düşmən tərəf çox güclü istehkamlar qurubmuş.
Cənab Prezident də bu faktı sözügedən müsahibəsində qeyd etdi. Düşmən tərəf işğal etdiyi Azərbaycan
rayonlarının, kəndlərinin hətta adlarını da dəyişirmiş. Bütün bunlar isə onu göstərir ki, Ermənistan tərəfi
işğal etdikləri ərazilərimizi əslində bizə geri qaytarmaq fikrində olmayıb. Bu müddət ərzində Ermənistan
tərəfinin mövqeyi daim sülhə mane olub. Xüsusən də son iki illik dönəmdə Ermənistan tamamilə qeyri-
konstruktiv mövqedən çıxış edib. Lakin düşmən bilməliydi və bilməlidir ki, onlar işğal etdikləri əraziləri bir
gün mütləq geri qaytarmalı olacaqlar. İşğal nəticəsində öz ata-baba yurdlarından qaçqın və məcburi
köçkün düşən bir milyondan çox soydaşlarımız öz evlərinə geri qayıtmalıdırlar. O gün bu gündür. İndi
Azərbaycan Ordusu düşməni buna məcbur edir.

İlham Əliyev müsahibəsində status-kvo məsələsinə də toxundu və bir daha bəyan etdi ki, artıq status-kvo
deyilən bir anlayış yoxdur, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları status-kvo siyasətini
və təmas xətti deyilən süni maneəni artıq darmadağın edib. Bu bir faktdır ki, biz ATƏT-in Minsk
qrupunun həmsədrləri ilə danişiqlar prosesində müəyyən irəliləyişlərə nail olmuşduq. 5 rayon
qaytarılırdı, ardınca Kəlbəcər və Laçın qaytarılmalı idi. Danışıqlar bu xətt üzrə gedirdi. Lakin Ermənistan
tamamilə qeyri-konstruktiv mövqe tutdu. Davamlı şəkildə cürbəcür təxribatlara yol verdi. Ona görə də
danışıqlar prosesi pozuldu və indi artıq Ermənistan deyil, şərtləri Azərbaycan tərəfi irəli sürür. İndi işğalçı
ölkənin bizə qarşı hər hansı bir şərt diktə etməyə, bizimlə qalib ədası ilə danışmağa təpəri, iqtidarı
yoxdur. İndi yeganə şərti cənab Prezident yeganə irəli sürür: düşmən tərəf işğal etdiyi bütün ərazilərdən
dərhal və qeydsiz-şərtsiz çıxmalıdır.

Dövlət başçımız məlum müsahibəsində həmçinin bu gün Ermənistanın yenidən silahlanması məsələsinə
də toxundu. Bu isə heç şübhəsiz ki, bölgənin təhlükəsizliyini pozur. Prezident vurguladı ki, hazırda
Rusiyada yaşayan erməni mənşəli iri sahibkarların və beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah
alverçilərinin əli ilə qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana silah-sursat daşınır. İlham Əliyev Rusiya
ilə münasibətlərimizin yüksək səviyyədə olmasından çıxış edərək ümid etdiyini bildirdi ki, yəqin ki, bu
məsələlər Rusiya tərəfindən araşdırılacaqdır.

Prezident Ermənistanın hazırki Baş nazirinin Sorosun əlaltısı olması faktının və onun tərəfdarlarının bu
son dönəmlərdə Rusiyaya qarşı düşmən əhval-ruhiyyəli davranışlarını da TASS-ın müxbirinin diqqətinə
çatdırdı:”Bu insanlar vaxtı ilə Rusiya səfirliyinə etiraz əlaməti olaraq yumurta atırdılar. Paşinyan və onun
iqtidar nümayəndələri Sorosun əlaltılarıdır. O zaman onların bir şüarı var idi: “Rusiyalı işğalçılar rədd
olun”. Yəqin Rusiya hakim dairələri bu olayları yaxşı xatırlayırlar. Bu gün bəzi Rusiyalı siyasətçilərin
Ermənistan tərəfini müdafiə etmələri bizdə təəccüb doğurur”. İlham Əliyev bu məqamı dilə gətirməklə
həmin rusiyalı siyasətçilərin tutduqları mövqenin əslində Rusiyanın dövlət maraqlarına zidd olduğunu
izah etmək, başa salmaq istəyirdi. Bu İlham Əliyev tərəfindən çox uğurlu taktiki gediş idi.

Ali Baş Komandanımız düşmənin artıq öz məğlubiyyətlərini anladığını xüsusi olaraq vurğuladı və qeyd
etdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yaxşı bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışını belə
Ermənistana güzəşt etməyəcək. Azərbaycan nəyin bahasına olursa olsun, öz torpaqlarını işğaldan azad
edəcək. Amma bununla belə Prezident onu da vurğuladı ki, biz müharibənin tərəfdarı deyilik, qan
tökülməsini istəmirik və əgər Ermənistan tərəfi işğalçı mövqeyindən əl çəkib konstruktivlik nümayiş
etdirərsə, eləcə də baza prinsiplərinin əsasında sülh danışıqlarının davam etdirilməsinə hazırdırsa, o
zaman biz də sülh danışıqlarına hazırıq. İlham Əliyev düşmən tərəfdən fərqli olaraq Azərbaycanın
həqiqətən də sülh tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Ermənistan rəhbərliyində az da olsa
siyasi müdriklik varsa, o Azərbaycanın sülh şərtləri ilə razı olmalıdır. Əks halda çox tezliklə hamımız
Ermənistanın rüsvayçı şəkildə kapitulyasiyasının şahid olacayıq.

Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Share: