Yeganə İskəndərova: Döyüş ruhu

Mübarizə eşqi güclü olan, haqq- ədalət tərəfində duran orduda mənəvi hissi, ruhu əks etdirən qüvvətli inam qələbə çalmaq əzminı artırır, döyüşçüləri qəhrəmanlığa sövq edir. Inamı güclü, mənəvi yûksəkliyi heyrət doguran Azərbaycan əsgəri hər gün daha neçə kilometrlərlə düşmənin zəbt etdiyi ərazilərimizə doģru irəliyərək üstündə gəzdirdiyi ûçrəngli bayrağımızı işģaldan azad olunan qalibiyyət torpaqlarımıza sancir. Döyüş ruhu güclû olan ordu yenilməzdi. Əsgərın psixologiyası, tərbiyə işinin nəzəriyyəsi, təcrübəsi silahlı qüvvələrin qələbəyə və əxlaqi nizam – intizam prinsiplərinə daim diqqət yetirməyə ideoloji və mənəvi hazırlığı deməkdi.

 

Vətənə məhəbbət, düşmənə nifrət, hərbi vəzifə hissi, yoldaşlıq, qarşılıqlı yardım, yoldaşlardan geri qalmaq qorxusu – qəhrəmanlığın mahiyyətini anlamaq cəhdinin özü diqqətə layiqdir.
Insanın qəhrəman davranışa meyli var. Səbəb böyük ehtimalla insanın təbiətinə görə sosial olmasıdır. Orduda güclû və zəif iradəli missiyasi yoxdur. bir-birlərinə dayaq, arxa olaraq qardaş birliyi var. Bir çox insan hər kəsin iradəli və zəif iradəli olaraq bölündüyünə inanır. Bu tipoloji xüsusiyyətlər cəsarətin təzahürünə kömək edir, bir- birlərindən səbir və əzmkarlıq öyrənirlər. Buna görə də orduda bir nəfər kimi hamı cəsarətlik, qorxmazliq, şücaət göstərməyə meyllənir.

6 ay öncə ermənilər Şuşanın Cıdır düzündə yallı gedərək Azərbaycan xalqına yaşatdıqları mənəvi zülmü Xalqın ruhunu qırmadı, əksinə olaraq düşmənə nifrətimizi artırdı, mübarizəyə sövq etdi. General Polad Həşimovun xainlərin gülləsinə tuş gəlməsi də hər bìr Azərbaycanlıda düşmənə qarşı hədsiz qəzəb hissini alovlandırdı. 30 il ərzində xalqın dolub-daşan səbri 27 sentyabrda ermənilərin atəşkəsi növbəti dəfə pozaraq hücuma keçməsi ilə aşib daşdı. Səbrin tükənməsi insanın hər hansı bir daxili çətinlik, narahatlıq yaşamağa başladığı andan bəri özünü kəskin biruzə verir.

Səbrin davam etməsi, dözümün çox göstərilməsi insanı sarsıdır, fəaliyyətin intensivliyi azalmağa başlayır, iradi səylər zəifləyir, ruh sarsılır, motivasiya ilə təzahür etməsində əhəmiyyətli fərdi fərqlərdə sabaha inam azalır, baxışlara kədər çökürdü. Səbr səviyyəsinin sinir sisteminin fitri xüsusiyyətlərinin təzahürünün tipologiyasından əhəmiyyətli dərəcədə asılı olması ilə bağlıdi. Döyüş ruhunda qələbə əzmi ilə yanaşı İnadkarlıq, yəni bir anda mövcud çətinliklərə, uğursuzluqlara, müqavimətə baxmayaraq fəaliyyətdə müvəffəqiyyət daxil olmaqla, istənilən və ya lazımlı olmaq arzusu doğanda mübarizə əzmi artır. Döyüşdə xüsusi və yaxın əməliyyat, bir hədəfə çatmaq üçün birdəfəlik iradə tətbiqetmə ilə əlaqələnir. Vətən sevgisi, qələbəyə inam insanları qəhrəmanlıq etməyə sövq edir. Vətən uğrunda döyüşən hər bir əsgər əslində qəhrəmandı. Qəhrəmanlar şüursuz bir şəkildə riskə getdib ölümü gözə alırlarsa bu onların torpaq, vətən sevgisindən irəli gəlir.
Hər gün minlərlə, milyonlarla insan televiziya qarşında Ali baş komandan, prezident Ilham Əliyevin rəşadətli ordumuzun azad etdiyi torpaqların adını sadalamağını böyük intizarla gözləyir. Suqovuşan, Cəbrayıl, Füzuli, Xocavənd-Ağoglan, Zəngilan, yüzlərlə kənd və yüksəkliklərin azad olunması sevincini, misilsiz duyğularla yaşayan milyonlarla insandan biri kimi inaniram ki, Ali Baş Komandanımızın dilindən bütün Qarabağ torpaqlarımızın azad olunacağı xəbərini duymaq çox da uzaqda deyil. Bu xalq Sizə daima minnətdar olacaq, sevimli prezidentimiz İlham Əliyev.

Share: