“Azərbaycan Şəhidləri” muzeyi inşa olunsun…-Prezidentə müraciət

Möhtərəm Prezident İlham Heydər oğlu Əliyev!

Azərbaycanın zəfər tarixində adını qızıl hərflərlə yazmış dövlət başçımız.

Siz ordumuzda əsaslı dönüş yaratmısız.Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş hər bir şəhidimizə hamılıqla borcluyuq.Onların şərəfinə Azərbaycanın paytaxtında,“Şəhidlər Xiyabanı”nında “Azərbaycan Şəhidləri” muzeyinin inşa olunmasına cənab prezidentimiz,qərar versəniz, indiyə kimi hər bir şəhid haqqında dolğun məlumat orda yerləşdirilsə, bu gün şəhidlərimizin qanı yerdə qalmaz və bəşəriyyət onlar haqqında tam və dolğun məlumata yiyələnə biləcəkdir və nailiyyətlərimiz əbədiləşəcək. Bununla yanaşı onların qanı hesabına azad olunmuş Azərbaycanın dilbər guşələri, kənd və qəsəbələri qəhrəman şəhidlərin adları ilə əbədiləşər,  əldə etdiyimiz qələbələrin sevincini ürəkdən yaşayar, iradə və əzmimizi dünyaya ispat etmiş olarıq.

Qarabağ Azərbaycandır!                                

 

Tar.ü.f.d .Məcidova Leyla Qadirqızı

Müstəqil.Az

Share: