Dəniz murdarı özündə saxlamır – Tural Müseyibov vəzifəsindən kənarlaşdırıldı

Müstəqil. Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Dəniz Agentliyininin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Müseyibov tutduğu vəzifəsindən kənarlaşdırılıb.

Mənbə buna səbəb olaraq onun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş LGBTQ + fərdi olann şəhid əsgərimizi özünün sosial şəbəkədəki divarında təhqir etməsini deyir.
Xatırlatmaq yerinə düşər ki, ölkə ictimaiyyətinin tanınmiş isimləri T.Müseyibovun bu hərəkətinə öz münasibətlərini bildirib və onu belə düşüncəsiz hərəkətinə görə qınayıblar.
Tanınmış jurnalist və “Qanun” nəşrlər evinin sahibi, naşir
Şahbaz Xuduğlu T. Müseyibovun paylaşımını yayınlayaraq, –Məncə belə insanlar məmur və dövlətimiz adına ləkədirlər!, yazaraq münasibətini bildirib.
Sosial şəbəkə istifadəçisi olan xanım Rəbiyyə Məmmədova  isə T.Müseyibovun şəhid əsgəri təhqir etməsinə belə münasibət bildirib:
 
“Müseyibov Tural, deyilənə görə Dövlət Dəniz Agentliyinin rəsmisidir. Doğulduğu, yaşadığı ölkəsi üçün canını verib, şəhid olan LGBTQ+ fərdi üçün nifrət qusur. Onu da qeyd edim ki, şəhidimiz eyni zamanda Aprel döyüşlərinin iştirakçısı olub.
Dövlət rəsmilərindən bu şəxsin nifrət nitqi yaydığına görə cəzalanmasını tələb edirəm!
Eyni zamanda hüquqşünaslara bu şəxs haqqında hüquqi prosedurların başlanması üçün müraciət edirəm.”
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, Müstəqil.Az saytının yaradıcısı və baş redaktoru, gəmi kapitanı, şair-publisist Faiq Balabəyli də T.Müseyibovun bu düşüncəsiz paylaşımına münasibət bildirib:
 “İlk gündən onun yeri ora, dənizçilərlə və dənizlə əlaqəsi olan təşkilat olmamalıydı. Deyim var, dəniz murdarı özündə saxlamır, vurub kənara atır. Bu baxımdan da Tural Müseyibov və onun kimi insanlar nəinki Dəniz Agentliyində, ümumiyyətlə cəmiyyətdə özlərinə layiqli yer tapa bilməzlər.  Təəssüf ki, belələri hansısa havadarlaraına görə aidiyyatı olmayan strukturda otura bilmişdilər.
Bu adam – son 2-3 ayın islahatları istisnadır, Dəniz Agentliyində illərlə baş verən xoşagəlməz hadisələr, alver predmetləri və digər qanuna zidd olaylar haqda olunan yüzlərlə irad və şikayətə heç olmasa bir dəfə münasibət bildirməyə özündə cürət tapa bilməyən birisi, aprel döyüşlərinin qazisi, II Qarabağ savaşının şəhidi haqda ağzının seliyini belə dağıtmazdı”.
Müstəqil.Az
Share: