Əhmədli klinikasının baş həkimi orduya dəstək üçün yardım etdi -FOTO

Vətənimizin bu ağır günlərində hər kəs özünü Azərbaycan əsgərinin  yanında olmağa borclu bilir, hər kəs əlindən gəldiyi qədər orduya kömək etmək istəyir.

Təbii ki dövlət ordumuzu lazım olan hər şey ilə yetəri qədər təmin etmişdir.Buna baxmayaraq qədirbilən və alicənab Azərbaycan xalqı yenə bir vasitə ilə orduya dəstək olmağa çalışır və eyni zamanda bu addımla həm də daim Dövlətinin yanında olduğunu göstərir.

Bu xeyirxah işə Əhmədli klinikasının baş həkimi, əslən Lerik rayonu Kələxan kəndindən olan tibb elmləri namizədi dr. Alim Şıxəliyev də qoşulub.Doktor rəhbərlik etdiyi  klinikanın  adından Silahlı quvvələrin yardım fonduna 10000 manat,  eləcə də ön xəttə dərman  və yaralılara ilk yardım üçün tibbi ləvazimatlar  göndərmişdir. Eşq olsun bu cür dəyərli vətəndaşlarımıza! Bu cür oğullarımız olduqca düşmən bizə bata bilməz.

Yaşasın Azərbaycan əsgəri, Azərbaycan Dövləti, var olsun xalqımız!

 

Müstəqil.Az

 

Share: