“Şanlı Ordumuz hər an tətik vəziyyətindədir” – Partiya sədri

Müharibə qurtarmayıb. Haqq davamız davam edir. Müharibənin uğurla nəticələnməsində Ordu ilə bərabər diplomatiyamızın da mübarizəsi çox önəmlidir.

Dünən Moskvada keçirilən görüşə də məhz siyasi-diplomatik mübarizəmizin bir hissəsi kimi baxmaq lazımdır. Belə ki, son 12-13 gün ərzində (yəni ki, sentyabrın 27-dən başlayaraq) davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusu əsl qəhramanlıq nümunəsi göstərdi. Bu müddət ərzində gedən döyüşlərdə Cəbrayıl rayonu, Hadrut qəsəbəsi,
Suqovuşan və bir neçə kəndlərimizlə bərabər böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər də
düşmən işğalından azad edildi. Düşmənin çoxlu sayda canlı qüvvəsi, silah və digər hərbi texnikaları,
istehkam qurğuları məhv edilib, əsgər və zabitləri əsir götürülüb, xeyli hərbi texnikaları və silah-sursatları
qənimət kimi ələ keçirilib. Düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş
meydanından qaçmağa məcbur olub. Bu əks-hücum əməliyyatlarında düşmən mövqelərini darmadağın
edən Azərbaycan Ordusu torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etməklə təkcə Ermənistana
deyil, həmçinin bütün dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Hərbi əməliyyatlarda qazanılan
uğur və qələbələr, siyası və diplomatik müstəvidə də davam etdirilməkdədir.

Artıq əvəlkindən fərqli olaraq indi şərtləri Ermənistan deyil, Azərbaycan özü diqtə edir. Dünənki görüş də
bunu bir daha sübut etdi. Okyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə iki günlük humanitar xarakter daşıyan
atəşkəs elan olundu. Bu iki gün tərəflərə həlak olmuş və əsir düşmüş hərbçilərin dəyişdirilməsi imkanını
verir. Bu iki gün, möhtərəm Prezidentimiz İlham Əliyevin sözü ilə desək, Ermənistana verilmiş son
şansdır. Ermənistan münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün işğal etdiyi
ərazilərdən geri çəkilməlidir və çəkiləcək də.

Odur ki, Moskva görüşündə əldə edilən humanitar atəşkəsə yanlış don geyindirmək, bunu bizim geri
çəkilməyimiz kimi, məğlubiyyətimiz kimi dəyərləndirmək lazım deyil. Bu cür düşünənlər və bu fikirləri
məqsədli şəkildə yayanlar cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışırlar. Ancaq buna imkan vermək
olmaz. Cəmiyyətdə çaşğınlıq yratmağa heç kimin ixtiyarı yoxdur. Son günlərdə cəmiyyətdə vüsət almış
birliyimizə, milli həmrəyliyimizə, yüksək döyüş əhval-ruhiyyəmizə heç kim xələl gətirməməlidir. Əksinə,
biz bundan sonra daha da bir olmalı, həmrəylik göstərməliyik.

Əsas odur ki, biz bu 13 günlük döyüşlər ərzində dostumuzu da , düşmənimizi də gördük, yaxından
tanıdıq. Düşmənlərimiz, bizi istəməyənlər həddindən çoxdur. Amma dostlarımız, müttəfiqlərimiz də az
deyil. Odur ki, bizi ruhdan salmaq mümkün deyil. Qoy buna çalışan daxldəki və xaricdəki düçmənlərimiz
də bunu bilsin. Hamı bilməlidir ki, bu razılaşma sadəcə “texniki atəşkəs” razılaşmasıdır, müvəqqəti
anlaşmadır və bu razılaşma məhz Ermənistan tərəfinin israrlı yalvarışlarının nəticəsində baş tutub. Cənab
Prezidentin də qeyd etdiyi kimi, indi Ermənistan baş naziri diz çöküb yalvarır. Onun bu günlərdə
döymədiyi qapı, göndərmədiyi emissar qalmayıb. Bu da kimin kim olduğunu açıq-aydın göstərir.

Xalqımıza da sözümüz budur ki, bu sülh razılaşması deyildir. Müharlbə də bitməyib. Şanlı Ordumuz hər
an tətik vəziyyətindədir. Cənab Prezidentimiz dünən xalqa müraciətində də bir daha qətiyyətlə vurğuladı
ki, “biz Qarabağı alacayıq, ya müharıbə , ya sülh yolu ilə”. Biz Prezidentimizin bu qətiyyətli və prinsipial
mövqeyinə inanır və güvənirik. Bəzi dünya liderləri və Ermənistanın gizli-açıq havadarları da artıq
bilməlidir ki, Ermənistan yenə də sözünü tutmayacağı və vasitəçilərin bundan sonra da ədalətli mövqe
sərgiləməyəcəyi təqdirdə heç kəs hadisələrin hərbi müstəvidə inkişafının qarşısını ala bilməyəcəkdir.

Azərbaycan xalqı öz dövlətinin, öz Ordusunun yanındadır. Bizim güclü ordumuz var. Bunu bütün dünya
gördü, bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu öz torpaqlarını hərbi yolla azad etmək
iqtidarındadır. Sadəcə olaraq biz qan tökülməsini istəmirik. Azərbaycan xalqı sülhsevər xalqdır. Odur ki,
işğalçı ölkəyə tərəfimizdən sonuncu dəfə şans verildi ki, həm döyüş meydanında yığılıb qalmış minlərlə
hərbçilərinin meyitlərini götürsün, həm də işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsın. Əks
təqdirdə Azərbaycan Ordusui Ermənistanı sülhə məcbur etməyin yolunu bilir.

Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Share: